Belarus Polşa ilə sərhəddə ordu cəmləşdirir
Tarix: 05-04-2023 17:00 | Bölmə: Dünya
Belarus Polşa ilə sərhəddə ordu cəmləşdirir

Belarus Polşa sərhədləri yaxınlığında hava qüvvələri və hava hücumundan müdafiə təlimləri keçirməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Brestski poliqonunda Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-raket alayının bölməsi ilə taktiki təlim keçiriləcək.

“Tədris planına uyğun olaraq, 2023-cü il aprelin 5-dən aprelin 7-dək Brestski poliqonunda Hərbi Hava Qüvvələri və Hərbi Hava Qüvvələrinin zenit-raket alayının bölmələrindən biri ilə taktiki təlim keçiriləcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, təlim çərçivəsində diviziyanın komandanlığı hərəkətə keçmək və yeni mövqe rayonuna yürüş etmək, diviziyanın döyüş birləşmələrinə yerləşdirilməsi və döyüş növbətçiliyi barədə qərar qəbul etməli olacaq.

"Tapşırıqlar daimi aktiv elektron müdaxilə, təxribat-kəşfiyyat qruplarının təsiri və PUA-ların istifadəsi şəraitində həll edilməlidir", - Belarus Müdafiə Nazirliyi bildirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}