Braziliyada faciə: 4 azyaşlı öldürülüb
Tarix: 05-04-2023 20:30 | Bölmə: Dünya
Braziliyada faciə: 4 azyaşlı öldürülüb

Braziliyada naməlum kişinin uşaq bağçasına soyuq silahla hücumu nəticəsində 4 azyaşlı həyatını itirib.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, bu barədə Globo telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, bu gün səhər Braziliyanın Blyumenau şəhərindəki özəl təhsil müəssisəsinə basqın edən naməlum kişi əlində balta uşaqların üstünə cumub. Nəticədə 4 azyaşlı həlak olub, 3-ü isə yaralanıb.

Uşaq bağçasına qanlı basqının motivləri və manyakın mümkün əlaltılarının olması versiyası aydınlaşdırılır.

Hadisədən bir qədər sonra uşaq qatili polisə könüllü təslim olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}