Putin: “Bu, Türkiyə-Rusiya tarixində ən böyük ortaq layihələrdən biridir”
Tarix: 27-04-2023 17:54 | Bölmə: Dünya
Putin: “Bu, Türkiyə-Rusiya tarixində ən böyük ortaq layihələrdən biridir”

“Bu addım Türkiyə-Rusiya tarixində ən böyük ortaq layihələrdən biridir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Akkuyu Atom Elektrik Stansiyasının (AES) açılışında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

O bildirib ki, ikitərəfli tərəfdaşlığın kökündə dayanan xoş qonşuluq əlaqələri və qarşılıqlı hörmətdir: “Biz bundan sonra da iqtisadi əlaqələrimizi daha da gücləndirəcəyik. Türkiyə artıq nüvə enerjisinə sahib olan bir ölkədir"(Report).

Reyting.az-ın məlumaına görə, Putin daha sonra deyib ki, Ərdoğan ölkə iqtisadiyyatı üçün çox iş görüb: "Türkiyə qarşısına hədəflər qoymağı və bu hədəflərə çatmağı bacarır: “Türkiyə-Rusiya əlaqələri regionda sülh və sabitliyə töhfə verir. Biz bu əməkdaşlıqdan məmnunuq”.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}