ABŞ Ukraynaya daha 300 milyon dollarlıq hərbi yardım göndərəcək
Tarix: 26-05-2023 00:20 | Bölmə: Dünya
ABŞ Ukraynaya daha 300 milyon dollarlıq hərbi yardım göndərəcək

ABŞ Ukraynaya ümumi məbləği 300 milyon dollara qədər olan yeni hərbi yardım paketi hazırlayır.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hərbi yardımın mayın 26-da elan ediləcəyi gözlənilir. Lakin digər mənbələr agentliyə bunu ABŞ-da Xatirə Gününə həsr olunan həftəsonundan sonra edə biləcəklərini deyiblər.

Məlumata görə, hərbi yardıma HIMARS buraxılış qurğuları üçün daha çox idarə olunan reaktiv yaylım atəşi sistemləri (GMLRS), habelə Ukraynanı Rusiyadan müdafiə etmək üçün sursatların daxil olacağı gözlənilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}