Rusiyada dron qadağası tətbiq edilib
Tarix: 26-05-2023 23:50 | Bölmə: Dünya
Rusiyada dron qadağası tətbiq edilib

Lipetsk vilayətinin qubernatoru İqor Artamonov vilayətdə sakinlərin bütün növ pilotsuz uçuş aparatlarından (PUA) istifadəsinə tam qadağa tətbiq edib. Reyting.az xəbər verir ki, o, bu barədə regional operativ qərargahın iclasının yekunları ilə bağlı Telegram kanalında yazdığı məlumatda bildirib.

Qeyd olunur ki, qadağa istənilən çəki və tipli dronlara, həmçinin atəşfəşanlıq və pirotexniki vasitələrə də şamil edilir.

Onun sözlərinə görə, qonşu rayonlardan mütəmadi olaraq partlayışlarla bağlı narahatedici xəbərlər gəldiyindən yerli sakinləri bu qadağının səbəbini çox yaxşı başa düşür.

Region rəhbəri əlavə edib ki, dövlət orqanlarının və hüquq-mühafizə orqanlarının dronları üçün istisnalar olacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}