Terim 3 oyunluq cəzalandırıldı
Tarix: 28-05-2019 18:03 | Bölmə: İdman / Xəbərlər
Terim 3 oyunluq cəzalandırıldı

Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın baş məşqçisi Fatih Terimi "Başakşəhər"lə son oyunda çıxan qalmaqala görə cərimələyib.

Reyting.az
xəbər verir ki, federasiyanın qərarına əsasən, rəqib komandanın məşqçisi Orxan Aka hücum səbəbi ilə Terimə 3 oyunluq oyuna çıxma qadağası qoyulub. Bundan əlavə, o, 7800 lirə cərimə edilib.

Qərarda "Qalatasaray"ın 50 min, "Başakşəhər"in isə 20 min TL cərimə olunması da əks olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}