Avropa çempionu olan güləşçilərimiz Bakıya qayıdıb - Fotolar
Tarix: 05-04-2022 08:04 | Bölmə: İdman / Xəbərlər
Avropa çempionu olan güləşçilərimiz Bakıya qayıdıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən çempionatda ümumi hesabda və medal sayına görə Avropa çempionatı olan Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Vətənə qayıdıb.

Reyting.az
-ın məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları Azərbaycan Güləş Federasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri, media mənsubları, güləşçilərin yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə başa çatan Avropa çempionatında ümumi hesabda 165 xalla 1-ci yeri tutub.

Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub.

Bundan başqa, Azərbaycan yığması medal sayında da hamını üstələyib. Avropa çempionatında 8 medal qazanan komandanı Türkiyə 7, Gürcüstan 5 medalla təqib edib.

Medal əyarında isə 1-ci yeri 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Türkiyə tutub. Azərbaycan millisi 2 qızıl, 1 gümüş, 5 bürünc medalla 2-ci, Gürcüstan 1 qızıl, 3 gümüş, 1 bürünc medalla 3-cü olub.

Qeyd edək ki, yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.(Report)







Bölməyə aid digər xəbərlər
14-05-2024, 10:09 XİN İsraili təbrik edib
10-05-2024, 12:51 Sabiq rektora hökm oxunub

{sape_links}{sape_article}