17 yataq hərracda satılıb - Siyahı
Tarix: 10-06-2024 10:11 | Bölmə: İqtisadiyyat
17 yataq hərracda satılıb - Siyahı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə keçirdiyi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərracda 17 yataq satılıb.

Reyting.az
xəbər verir ki, Xızıda yerləşən “Yeni Yaşma I” qum-çınqıl yatağı üzrə təklif 7 079 manatdan 201 000 manata, “Təzəkənd” qum-çınqıl yatağının LOT-1 üzrə təklif 15 000 manatdan 236 000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 13 897 manat olan “Kürdçü” qum yatağı 200 000 manata istifadəyə verilib.

Hərracda qum, qum-çınqıl yataqları ilə yanaşı, gil, qranodiorit, andezit yataqları da investorlara istifadəyə verilib.

Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digər məlumatlar) ilə My Webpage linki vasitəsilə tanış olmaq mümkündür.




Bölməyə aid digər xəbərlər