20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı hərraca çıxarılır
Tarix: 12-06-2024 09:33 | Bölmə: İqtisadiyyat
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı hərraca çıxarılır

Bu gün Şərqi Zəngəzur iqtisadi rayonunda iki faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarılacaq.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, hərracı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Zəngilan rayonunun Ağalı kəndində keçirəcək.

İnvestorlara Qubadlı rayonundakı "Hacılı" əhəng daşı və Laçın rayonundakı "Əhmədli" mişar daşı yatağı təklif olunacaq. Hərracda 4 istismarçı şirkət 10 lot üzrə rəqabət aparacaq.

Hərracın məqsədi işğaldan azad olunmuş ərazilərdə yerin təkindən qanunauyğun və səmərəli istifadəni təmin etməkdir. Proses aidiyyəti dövlət qurumlarının rəsmi şəxslərinin və media nümayəndələrinin iştirakı ilə baş tutacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər