20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Azərbaycanda günəş enerjisi istehsalı artıb
Tarix: 14-06-2024 12:25 | Bölmə: İqtisadiyyat
Azərbaycanda günəş enerjisi istehsalı artıb

Ötən 5 ay ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 11 231,4 mln. kVt•st olub.

Reyting.az
xəbər verir ki, Energetika Nazirliyi bunu 2024-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlar əsasında bildirib.

Məlumata görə, dövrdə elektrik enerjisi istehsalı İES-lərdə 9 685,6 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 525 mln. kVt·st artımla 1 197,3 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 189,4 mln. kVt·st artımla 348,5 mln. kVt·st. təşkil edib. 5 ay ərzində külək elektrik stansiyalarında 26,3 mln. kVt·st, günəş elektrik stansiyalarında ötən ilin müvafiq dövrünə nisbətən 181 mln. kVt·st və ya 8 dəfə artımla 206,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 115,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 900,6 mln. kVt·st (İES-lərdə 8 789,5 mln. kVt·st, SES-lərdə 1 111,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 177,3 mln. kVt·st (İES-lərdə 73,9 mln. kVt·st, SES-lərdə 79,2 mln. kVt·st, Günəş ES-də 24,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 19,2 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 134,3 mln. kVt·st təşkil edib.

Yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 426,8 mln. kVt·st, idxalı isə 80,9 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 999,5 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin ixracı 20,4 mln. kVt·st, idxalı isə 19 mln. kVt·st təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər