20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Deputatın rəhbəri olduğu fond şirkətlə 14 milyonluq sövdələşməyə gedib
Tarix: 24-06-2024 10:26 | Bölmə: İqtisadiyyat
Deputatın rəhbəri olduğu fond şirkətlə 14 milyonluq sövdələşməyə gedib

Deputat Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun Sus yaşayış məntəqəsində tikinti işləri ilə bağlı 9 tenderə yekun vurub.

Məlumata görə, tenderin qalibləri ilə toplamda 14 140 098 manat dəyərində müqavilələr imzalanıb.

Tenderləri sayca ən çox udan şirkət “Rabitəinşaat” ASC olub. Sözügedən şirkət 4 tenderin qalibi olub və ümumilikdə 9 807 851 manat dəyərində sifariş alıb.

Qeyd edək ki, “Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir(Fed.az).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər