20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Daha bir ölkə Rusiya qazından tamamilə imtina edir
Tarix: 26-06-2024 08:57 | Bölmə: İqtisadiyyat
Daha bir ölkə Rusiya qazından tamamilə imtina edir

Finlandiya Rusiya qazından tamamilə imtina edir. Qərar Avropa İttifaqının Rusiyaya qarşı son sanksiyalar paketinin bir hissəsi kimi qəbul olunub.

Reyting.az
-ın xəbərinə görə, Finlandiyanın “Gasum” dövlət şirkəti iyunun 26-dan, demək olar ki, altı ay əvvəldən Rusiya qazının tədarükünə məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb.

Qeyd edək ki, bu qərar 14-cü sanksiyalar paketinin qəbulu ilə əlaqələndirilir. Finlandiya şirkəti bildirib ki, bu fors-major onu Rusiyanın qaz inhisarçısı “Qazprom” qarşısında öhdəliklərindən azad edir.

“Avropa İttifaqının (Aİ) sanksiyaları “Gasum”-a “Qazprom Export” ilə müqaviləni ləğv etməyə imkan verməsə də, bu, şəbəkədənkənar terminallar vasitəsilə Rusiya LNG-nin alınması və ya idxalı üçün fors-major haldır. “Gasum” Aİ-nin tətbiq etdiyi bütün sanksiyalara əməl edir və iyulun 26-dan etibarən Rusiyadan LNG-ni almayacaq və idxal etməyəcək”, - şirkətin açıqlamasında bildirilir.

Xatırladaq ki, iyunun 24-də Avropa İttifaqı Şurası Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib. Yeni sanksiyalar Rusiya iqtisadiyyatının enerji, maliyyə və ticarət kimi mühüm sektorlarını hədəf alır və Aİ-nin məhdudiyyətlərindən yan keçməyi çətinləşdirir.

Bundan əlavə, 27 gəmi, o cümlədən mayeləşdirilmiş təbii qaz saxlayan iki gəmi və qadağan olunmuş malları daşıyan və ya sanksiya tətbiq edilmiş qurumlarla əlaqəli ümumi təyinatlı gəmilər də məhdudiyyətlərə məruz qalıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər