Çin ildə ABŞ-dan 500 dəfə çox gəmi inşa edir
Tarix: 27-06-2024 07:35 | Bölmə: İqtisadiyyat
Çin ildə ABŞ-dan 500 dəfə çox gəmi inşa edir

ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan respublikaçı üzvü Con Molenaar öz çıxışında Çinin il ərzində Birləşmiş Ştatlardan təxminən 540 dəfə çox gəmi istehsal etditini açıqlayıb.

Reyting.az
-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, C. Molenaar deyib ki, bu gün dünya gəmiqayırma sənayesinin onda bir faizi ABŞ-nın payına düşsə də, Çin tərsanələrinin payı təxminən 54 faiz təşkil edir.

Konqresmen əlavə edib ki, Pekin özünün davamlı sənaye dominantlığını, eləcə də avtoritar sisteminin təntənəliliyini təmin etmək üçün hasilatı gündən-günə artırır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər