Paris Moskvanı maliyyə ilə hədələyir
Tarix: 04-03-2025 09:27 | Bölmə: İqtisadiyyat
Paris Moskvanı maliyyə ilə hədələyir

Fransa Rusiyanın dondurulmuş aktivlərini ukraynalıların təhlükəsizliyinə yönəltməyə çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti özəl mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Fransa avropalı tərəfdaşlarına Moskvanın Ukrayna ərazisində atəşkəsi pozacağı təqdirdə Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinin mümkünlüyü ilə bağlı təşəbbüslə çıxış edib. Paris Rusiyanın aktivlərindən ukraynalıların təhlükəsizliyinin təminatı kimi istifadə etmək niyyətindədir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-03-2025, 10:13 Siqaret bahalaşıb