20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İcra Hakimiyyəti ilə ASC-ni yoxlayıblar - Qərar
Tarix: 30-09-2019 12:06 | Bölmə: İqtisadiyyat
İcra Hakimiyyəti ilə ASC-ni yoxlayıblar

Hesablama Palatasında kollegiya iclası keçirilib.

Reyting.az
Palataya istinadla xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

- "Azərxalça” ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası və dövlət əmlakından istifadəyə dair;

- Abşeron Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat fondlarından ayrılmış vəsaitlərin istifadəsinə dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul edilib.

Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər