Torpaq islahatları müzakirəyə çıxarılıb - Tədbir
Tarix: 28-10-2016 12:45 | Bölmə: İqtisadiyyat / Xəbərlər

27-28 oktyabr 2016-cı il tarixlərində Estoniyanın Tartu şəhərində "Torpaq islahatının aparılması – çağrışlar vəən yaxşı təcrübələr" (Conducting Land Reform – Challenges and Best Practices) mövzusunda seminar təşkil edilib. Həmin seminarda Azərbaycanı iqtisadçı-alim Ramil Hüseyn təmsil edir.

Reyting.az-ın məlumatına görə, tədbiri Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi Avropa Komissiyası, Estoniya Bioloji Elmlər Universiteti və Estoniya Kənd İşləri Nazirliyi ilə birgə təşkil edib.

Seminarın təşkil olunmasında 3 əsas məqsədin olduğu bildirilir:

1) Torpaq islahatının cari vəziyyəti,

2) Ən yaxşı təcrübələr,

3) Torpaq idarəetməsinin təkmilləşdirilməsidir.

Seminar zamanı Estoniya, Latviya, Litva və Almaniyanın yüksək səviyyəli mütəxəssisləri Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri ilə təcrübələrini bölüşəcəklər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki seminarda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndləri ilə birgə hazırladığı ölkə təqdimatı iştirakçılara təqdim edəcək.

Qeyd edək ki, bu il ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən torpaq islahatının 20 ili tamam olur. Məhz MDB regionunda analoqu olmayan bu torpaq islahat barədədə tədbir iştirakçılarına məlumat veriləcək. (MənbəİİTKM)





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}