Zəfər Günü ilə əlaqədar yeni pul nişanları buraxılıb - Fotolar
Tarix: 04-11-2021 16:56 | Bölmə: İqtisadiyyat
Zəfər Günü ilə əlaqədar yeni pul nişanları buraxılıb

Azərbaycan Mərkəzi Bankı silsilə xatirə pul nişanlarını dövriyyəyə buraxıb.

Reyting.az
-ın məlumatına görə, yeni pul nişanları Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpağımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən müharibəsinin yaddaşlara həkk olunması, Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə qarşıdan gələn 8 Noyabr - Zəfər Günü ilə əlaqədar dövriyyəyə buraxılıb.

Xatirə pul nişanlarının üzərində "Qarabağ Azərbaycandır!", eləcə də Azərbaycanın işğaldan azad edilmiş şəhər və rayonlarının adları yazılıb.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}