20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hulusi Akar: "Taxıl sazişi"nin müddətinin uzadılması üçün müzakirələr gedir"
Tarix: 09-03-2023 15:36 | Bölmə: İqtisadiyyat
Hulusi Akar: "Taxıl sazişi"nin müddətinin uzadılması üçün müzakirələr gedir"

“Taxıl sazişi”nin uzadılması üçün BMT, Rusiya və Ukrayna ilə müzakirələr davam edir.

"Anadolu” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib.

O xatırladıb ki, martın 18-də müqavilənin müddəti başa çatır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ötən il fevralın 24-dən başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub. İyul ayında isə İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında baş tutan danışıqlar zamanı dünya ölkələrinə taxıl daşınmasına dair razılıq əldə olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər