16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qazaxıstanda zəlzələ baş verib
Tarix: 18-08-2019 11:18 | Bölmə: Dünya
Qazaxıstanda zəlzələ baş verib

Qazaxıstanın cənub-şərqindəki Almatı vilayətində 4,9 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:12 qeydə alınıb.

Bildirilir ki, zəlzələ, saat 05:07-də Almatıdan 145 kilometr şimal-şərqdə 5,4 bal gücündə, Jarkent şəhərində isə MSK-64 şkalası üzrə 5 bal gücündə hiss edilib. Taldıkorqan və Satı qəsəbəsində isə 2-3 bal gücündə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}