DYP sürücü və piyadalara xəbərdarlıq edib - Video
Tarix: 08-12-2019 11:10 | Bölmə: Xəbərlər
DYP sürücü və piyadalara xəbərdarlıq edib

Piyadaların təhlükəsizliyini tam təmin etmək üçün Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yeni məlumatverici lövhələr hazırlayıb.

Magistral yollarda olan piyada keçidlərindən 200 və 400 metr əvvəl quraşdırılan lövhələrdə qeyd edilib ki, qarşıda piyada keçidi var və diqqətli olun.

Reyting.az Xəzər TV-yə istinadla xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilk olaraq bu cür məlumatverici lövhələri Bakı-Sumqayıt və Bakı-Şamaxı yolu üzərində quraşdırıblar. Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir.
Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı olduğunu deyirlər. Onlar belə nişanların piyada vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cür məlumatverici lövhələr dünya təcrübəsində də var və effektlidir. Belə nişanlar ilk dəfə Rusiyada hazırlanıb və onlar də uğurlu nəticə əldə ediblər.

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidmətinin Alay Komandirinin müavini Xosrov Nəcəfovun sözlərinə görə, ölkə yollarında bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyada vurulması ilə nəticələnib.

Belə hadisələrin qarşısını almaq üçün piyadalar üçün hələlik 100-ə yaxın məlumatverici lövhələr hazırlanıb.

Xosrov Nəcəfov bildirib ki, gələcəkdə məktəblilər, mal-qaranın keçidiyi ərazilər və digər məlumatverici lövhələrin də hazırlanması planlaşdırılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}