21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Bütöv Azərbaycana uzanan ömür yolu
Tarix: 17-11-2018 19:29 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(“Güllə səsinə açılan qapı” kitabı haqqında qeydlər)
Şəxsiyyətinə və qələminə xüsusi rəğbət bəslədiyim dostum, tanınmış jurnalist, Hərbi Jurnalistlər Birliyinin sədri, “Bütöv Azərbaycan” qəzeti, “Bütöv.az” və “Ordum.az” saytlarının təsisçisi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İnformasiya Proqramları studiyasının direktor müavini Tamxil Ziyəddinoğlu ilə tanışlığımızın tarixi 22 ili üstələyir. Yenə də doğma televiziyamızda eyni kollektivdə çalışırıq. Bir-birimizə qarşılıqlı hörmətimiz ümmandır desəm, qətiyyən yanılmadığıma əminəm. Bu günlərdə dostum nübar kitabının ilk nüsxələrindən birini mənə hədiyyə edəndə qəlbən sevindim. Azərbaycan Xalq Cümhuriyyətinin 100, “Bütöv Azərbaycan” qəzetinin nəşrə başlamasının 10 illiyi münasibətilə işıq üzü görən “Güllə səsinə açılan qapı” kitabı Tamxil Ziyyədinoğlunun jurnalistlik fəaliyyətinin aynasıdır. Məncə, dostumun 2018-ci ildə 60 yaşının tamam olmasını da bura əlavə etsək, bu kitabın əsl dəyəri öz yerini tam dolğunluğu ilə almış olar. Ədalət naminə, həmin kitabın araya-ərsəyə gəlməsinin təşəbbüskarı və böyük zəhmətə qatlaşan Sevda Mikayılqızına da bu məqamda Tamxilin dostları adından xüsusi təşəkkürümüzü yetirməyimizi özümün mənəvi borcum bildim. İndi isə keçid alaq fəsillərin şahı yazda dünyaya göz açan, 60 illik ömründən və 30 ilə yaxınlaşan yaradıcılığından bahar ətri əskilməyən bu qələm əhlinin yeni kitabının məziyyətlərinə.
Bəri başdan deyim ki, “Güllə səsinə açılan qapı” kitabı sözün birbaşa anlamında əsl vətəndaşlıq, yüksək mənəviyyat dərsliyidir. Hələ 3 yaşında ikən doğma dədəsindən at minməyi öyrənən, 15 yaşında ondan halallıq dərsi alan Tamxil Ziyəddinoğlu Dədə Qorqud timsallı atasından qorxmazlıq, əyilməzlik, dürüstlük, təəssübkeşlik, səxavətlilik, dosta sədaqət, zəifə qahmar çıxmaq və daim haqqa tapınmağın sirlərini də birər-birər layiqincə əxz edib. Azərbaycan bayrağını Tanrının millətimizə ən böyük ərmağanlarından biri kimi dəyərləndirən babası bu mənəvi ucalığına görə güllələnəndə Tamxilin göz yaşlarına imkan verməyən, məğrurluq heykəli ucalığındakı anası ona Bütöv Azərbaycana doğru cığırı göstərərək xeyir-duası ilə yola salıb. Özü demişkən, odur ki, 60 ildir yol gedir, 60 milyonluq ”zərrələr”inə qovuşmaq, bütövləşmək üçün. Əslində, “Güllə səsinə açılan qapı” kitabı onun üzərinə düşən bu şərəfli işin öhdəsindən gəlmək yolunda ötən illərdə nələrə qatlaşdığına, əzizləri və milləti qarşısında alnıaçıq olduğuna dəlalət edən dəyərli və dolğun hesabatdır. Bu baxımdan müəllifin 1991-ci ildə qələmə aldığı “Didərgin” muzey, yaxud” adlı qəbildən yazıları onun Azərbaycanın mütləq bütövləşəcəyinə qəti inamından qaynaqlanır. Həmin yazıda Qərbi Azərbaycanın Qafan rayonunun Müsəlləm kənd 8 illik məktəbinin müəllimi Bəxşeyiş Aləmşahovun ermənilərə göz dağı olaraq bu təhsil ocağında 1985-ci ildə yaratdığı tarix-diyarşünaslıq muzeyindən və 1988-ci ildə həmkəndliləri kimi doğma el-obasını tərk etmək məcburiyyətində qalarkən bu qəhrəman eloğlumuzun həmin muzeyin bütün eksponatlarını, o cümlədən, tarixi yaddaşımıza şahidlik edən ağır daşları belə kəndçisi, sürücü Sərvərin köməyilə qeyri-insani, saysız-hesabsız çətinliklərə sinə gərərək məskunlaşdıqları Sumqayıta gətirmələrindən təfərrüatı ilə söhbət açılır. Tamxil Ziyəddinoğlu Bəxşeyiş Aləmşahovun, eləcə də, bu boyda böyük ürək, mənəviyyat sahibi olan neçə-neçə şəhidlərimizin və Vətənimizin digər layiqli övladlarının timsalında (kitabda bu silsilədən xeyli önəmli, ibrətamiz yazılar da əksini tapıb) Bütöv Azərbaycan məramımızın mütləq reallaşacağına zərrəcə şübhə etmir.
Kitabda Azərbaycanın bütövləşməsi yolunda qara daşa çevrilən, məmləkətimizin ötən iki əsrdə paramparça olmasına rəvac verən “Kürəkçay” müqaviləsinin (213 il əvvəl imzalanıb) acı nəticələrindən geniş söhbət açılır, Cənubi Azərbaycanı azad etmədən ölkəmizin və Türk dünyasının bütövləşməsinin qeyri-mümkünlüyü dönə-dönə qabarıq şəkildə vurğulanır. Müəllifin 1988-ci ildə və ondan əvvəlki dövrlərdə soydaşlarımızın Qərbi Azərbaycanda təkrar-təkrar məruz qaldıqları məhrumiyyətlər, Milli Azadlıq Hərəkatının başlandığı günlərdən şahidi olduğu hadisələr, siyasi qarşıdurmalar, məmur özbaşnalığı, milli-mənəvi dəyərlərimiz və digər onlarla say-seçmə mövzularda yazıları sanbalı və tarixi həqiqətlərin dəyərləndirilməsi baxımından çox mühüm mənbədir. Zəngəzur mahalında dünyaya göz açan soydaşlarımızdan biri kimi Tamxil Ziyəddinoğlu qələmə aldığı yazılarında erməni vəhşiliklərinin real səhnələrini yaradıb, bu yaramazların iç üzünü xırdalıqlarına qədər ortaya qoyub. Bir qurtum suya möhtac qalan Kəlbəcərli ananın körpəsinə göz yaşlarını içirtmək məcburiyyətində qalmasının canlı şahidi olan müəllif ürək ağrısı və vətəndaş yanğısı ilə bu cür reallıqları gələcək nəsillərimizə də çatdırmağı özünün mənəvi borcu bilib. Tamxil Ziyəddinoğlunun Türkiyə səfirliyindəki çıxışı zamanı ictimaiyyətin diqqətinə çatdırdığı Xocalıda 613 deyil, ən azı 3813 soydaşımızın amansızlıqla qətlə yetirilməsinin bizim mütəxəssislər tərəfindən dəqiqlədirilməsi xahişi də hələ də qüvvəsində qalır. O, 2000-ci ildə Ermənistanda nəşr olunmuş “Xaç naminə” kitabının müəllifi Daud Xeyriyanın mayor Ohanyanın təkidi ilə sazaqlı qış səhərində Daşbulaq yaxınlığındakı bataqlıqda Xocalıdan olan 1200-dən çox sakinin meyitlərindən düzənlənən təqribən bir kilometr uzunluğunda “körpü”nün, o cümlədən, 9-11 yaşlarında qız uşağının sinəsinin üzəri ilə irəliləyərək çəkmələri və şalvarının al qana boyanması barədə qeydləri, həmçinin, ermənilərin “Qaflan qrupu”nun soyqırımına məruz qalan 2000-nə qədər meyiti yandıraraq Xocalının təxminən bir kilometrliyində basdırması və ermənilərin “qəhrəmancasına” dilə gətirdikləri digər danılmaz faktlara söykənərək tarixi ədalət naminə Xocalı faciəsinin bir daha dərindən araşdırılmasının vacibliyini diqqətə çatdırır.
Kitabdakı ziddiyyətlərlə dolu xalq hərakatı dövründə döşünə döyən siyasətçilərdən, tanınmış ziyalılarımızdan alınan müsahibələr və bir-birindən ibrətamiz həyat etüdləri püxtələşmiş, əsl vətəndaş yanğısından yoğrulmuş müəllifin gecəli-gündüzlü, bir sıra hallarda həyatını şüurlu surətdə təhlükəyə ataraq araya-ərəsəyə gətirdiyi olduqca sanballı yaradıcılıq nümunələridir. Düşündürüb-daşındıran bu qələm məhsullarının əksəriyyəti hayqırtıdır, taleyimizə və haqqımıza yiyə durmağa, mübarizəyə çağırışdır. O, Yeni ili Şəhidlər Xiyabanında öz şəhid övladları ilə birgə qarşılayan analara Qarabağ savaşında qələbə müjdəmizi çatdırmağın mənəvi borcumuz olduğunu dönə-dönə bizə xatırladır. Qundağı Bütöv Azərbaycan olmuş Tamxilin qələmi yorulmadan Vətən sevgisi, milli heysiyyat toxumları səpir.
Tamxil Ziyəddinoğlunun yeni kitabı həqiqi jurnalistika yolunu tutanlara da əvəzsiz töhvədir. Jurnalistikanın əsaslarına və xırdalıqlarına dərindən bələd olması, əsl jurnalist etikası nümayiş etdirməsi, hadisələrin mərkəzində olmaq və mahiyyətinə qədərincə nüfuz etmək bacarığı, mükəmməl ümumiləşdirmə qabiliyyəti, yazı dilinin sadəliyi, obrazlılığı, dolğunluğu, Azərbaycan türkcəsini incəliklərinə qədər bilməsi, özünəməxsus və orijinal üslub, fikrini aydın və əhatəli ifadə etməsi, sətiraltı kəlamlar, məqamında, qədərində və incə yumor, jurnalistikaya xas neytral mövqe tutmaq səriştəsi və halal vətəndaşlıq mövqeyi onun başlıca üstünlükləridir. Bütün dostları və əzizləri Tamxil üçün mənəviyyatın həlledici meyar olduğunun, onun həyatını kirlətmədən alnıaçıq yaşadığının, heç bir zaman qarnının quluna çevrilmədiyinin canlı şahidləridirlər. Qədirbilənlik, təvazökarlıq canında, qanındadır. Danışığının duzu-istiotu əskilməz. Onun tariximizin acı səhifələri, şəhidlər, didərginlər (“qaçqın” ifadəsini mən heç cür başa düşə bilmirəm, zənnimcə, bu, sadəcə rus dilindən hərfi tərcümədir) və məcburi köçkünlərimizdən qaynaqlanan mənəvi əzabları ölçüyəgəlməzdir, kirpiklərini çəpər elədiyindən sellənən göz yaşlarını görməzsən, sadəcə iç dünyasına axıdır. Qibləsi göydə Tanrı, yerdə Bütöv Azərbaycandır.
“Gəlin, 213 illik yaramızın (“Kürəkçay” müqaviləsini nəzərdə tutur) qaysağını qoparaq! Qoparaq ki, yaralarımız qan versin. Qan versin ki, qan yaddaşımız təzələnsin! Pas atmış tövrümüz dəyişsin! Özümüzü, kimliyimizi, dostumuzu, düşmənimizi tanıyaq! Mövqeyimizi müəyyənləşdirək! Hədəfimizi seçək! Atacağımız addımı ataq! Ölənimiz ölsün, qalanımız şərəflə yaşasın! Yaşasın ki, yurdumuzu, sərvətimizi, şərəfimizi qorusun, bayrağımızı uca tutsun!” - deyərək Koroğlusayağı nərə çəkən Tamxil Ziyəddinoğlu (buna hərtərəfli mənəvi haqqı var!!!) Qarabağın nicatının da Bütöv Azərbaycandan keçdiyini yorulmadan, təkrar-təkrar vurğulayır... Niyyətin çin olsun, əziz qardaşım, Tanrı bizdən bu müqəddəs yolda xeyir-duasını əskiltməsin!!! Gün, o gün olsun ki, qələmini millətimizin Azərbaycanımızın bütövləşməsindən qaynaqlanan sevinc göz yaşlarına batıra-batıra növbəti kitablarını araya-ərsəyə gətirəsən!!! Ulu Yaradan səndən Zəngəzur mahalında uşaqlıq, yeniyetməlik və gənclik illərinin xatirələrinə bir daha qovuşmağı da əsirgəməsin!!!

Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək