Diplomatlar Ağdam və Tərtərə gedir
Tarix: 28-11-2020 10:35 | Bölmə: Siyasət
Diplomatlar Ağdam və Tərtərə gedir

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini Tərtərə və yenicə işğaldan azad olunmuş Ağdama aparırıq”.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq "ruhlar şəhəri"nə və "şəhərə qarşı terror"un (urbicide) nümunəsinə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}