11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Bu gün daha bir rayonumuz işğaldan azad edilir
Tarix: 01-12-2020 00:09 | Bölmə: Siyasət
Bu gün daha bir rayonumuz işğaldan azad edilir

Bu gün Laçın rayonu Ermənistan silahlı qüvvələrindən təmizlənərək Azərbaycana təhvil verilir.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin, Ermənistan Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək Laçın rayonundan çıxarılmalı və rayon əzəli sahibinə - Azərbaycana təhvil verilməlidir.

Xatırladaq ki, Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunub. İşğal zamanı Laçın rayonundan 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayonun 6 Milli Qəhrəmanı var. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynini itirib.

İlkin hesablamalara görə, işğal zamanı rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarında, "Taxta-körpü" qışlaqlarındakı 84 obada məcburi köçkün kimi məskunlaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}