14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb
Tarix: 01-12-2020 22:18 | Bölmə: Siyasət
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Dekabrın 1-də Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Mövlud Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu qeyd edib.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}