XİN xaricilərin Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı məlumatlara münasibət bildirib
Tarix: 02-12-2020 10:57 | Bölmə: Siyasət
XİN xaricilərin Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı məlumatlara münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində Fransa parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də burada görüşlər keçirərək, mövcud humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqları barədə yazılanlara münasibət bildirib.

XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlərlə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır.

XİN rəsmisi vurğulayıb ki, Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}