Jozep Borrel: "Aİ Qarabağ razılaşmasının icrasını dəstəkləyəcək"
Tarix: 03-12-2020 15:04 | Bölmə: Siyasət
Jozep Borrel: "Aİ Qarabağ razılaşmasının icrasını dəstəkləyəcək"

“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. Noyabrın 10-da əldə edilmiş atəşkəs razılaşmasının əhatəli sülh sazişi istiqamətində ilk addım olacağına çox ümidvarıq”.

Bunu ATƏT-ın Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən 27-ci iclasında Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti yüksək nümayəndəsi Jozep Borrel bildirib.

“Aİ bu münaqişənin həlli üçün artıq yaradılmış ATƏT-in Minsk qrupu formatına dəstəyini bildirir. Biz Aİ olaraq bütün Cənubi Qafqazı sabitliyi, rifahı naminə bu səylərə, razılaşma müddəalarının yerinə yetirilməsinə dəstək verməyə hazırıq”, – Aİ rəsmisi vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}