Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 08-06-2017 16:07 | Bölmə: Siyasət
"On illər Avropanın
qaz bazarında hegomonluq edən Rusiya artıq son illər bu bazardakı mövqelərini
itirir. Avropa iqtisadi əməkdaşlığı bir saat ərzində siyasi motivlərlə poza bilən
Rusiya ilə tərəfmüqabillikdən artıq çoxdan yorulub. Elə bu səbəbdəndir ki, Qoca
qitə daima Rusiyanın qaz asılılığından yaxa qurtarmağın alternativ yollarının
axtarışındadır”.
Reyting.az-ın xəbərinə görə, bu fikirlərin müəllifi Azərbacanın sabiq maliyyə naziri Fikrət Yusifovdur.
F.Yusifov qeyd edib ki, vaxilə ABŞ-ın da dəstəyi ilə on milyardlarla dollar xərc çəkərək Norveç qazını Avropa bazarına çatdırmaqda məqsəd Rusiya qazından asılılığı azaltmaq olub: "Amma buna baxmayaraq, bu gün Avropanın qaz təminatının 1/3-nə qədəri Rusiyanın payına düşür. Bu asılılıqdan yaxa qurtarmağın alternativ yollarından biri də Xəzər hövzəsindəki qazın Avropaya çatdırılmasıdır. TAP xətti ilə başlanğıcda Avropaya nəql ediləcək qazın həcmi ildə 10 milyard kubmetr olacaq. Bu Avropanın qaz təchizatı üçün bir o qədər böyük rəqəm deyil və ilk baxışda bundan narahat olmağa dəyməz. Lakin məsələnin başqa prinsipial tərəfləri var”.
Prinsipial tərəflərə
gəldikdə, sabiq nazir qeyd edib ki, öncə "Şahdəniz-2” yatağından hasil ediləcək
qazın TAP xətti vasitəsilə Avropa bazarına çatdırılması bu bazarda yeni müstəqil
oyunçunun meydana çıxması demək olacaq:
"İkincisi, bu oyunçu gələcəkdə tək "Şahdəniz-2” yatağından hasil olunacaq qazı deyil, Azərbaycanın başqa böyük qaz ehtiyatları olan yataqlarından hasil ediləcək qazın, İran, İraq, Türkmənistan qazının və digər ölkələrin də qazının TANAP və TAP xətti vasitəsilə Avropaya nəqlini reallaşdıra bilər və bu kifayət qədər realdır. Bax, Rusiya "Qazprom”unun bugünkü narahatlığının kökündə dayanan əsas məsələlər də bunlardır. "Qazprom” Avropa bazarında yeni rəqibin peyda olmasını istəmir. Ancaq burada əsas olan satıcının deyil, alıcının istəyidir. Yaxşı olardı ki, başqaları ilə yersiz ironiya ilə danışmaq əvəzinə "Qazprom” rəhbərliyi Avropaya qaz nəqlini nəzərdə tutan layihələrin taleyi barədə düşünsün. Çünkü Avropa Rusiyanın qaz şantajından artıq doyub. Əgər bu gün Avropa Birliyi Rusiyadan aldığı qazın başqa alternativ variantını taparsa, o, düşünmədən siyasi təziq düyməsi ilə idarə olunan Rusiya qazından tam imtina edərdi. Qazprom rəhbərliyi bunun fərqində olsa, daha yaxşıdır. Azərbaycanın yerinə rahatsız olmağına isə dəyməz”.
F.Yusifovun fikrincə, əgər Cənub Qaz Dəhlizi layihəsinin icrası başa çatdıqdan sonra hasil ediləcək qaz cənab A.Medvedevin təsəvvür etdiyi kimi TAP kəmərini tam doldurmağa çatmasaydı, onda hər bir addımını yüz ölçüb, bir biçən BP kimi bir nəhəng ingilis şirkəti bu layihəyə milyardlarla dollar vəsait xərcləyərdimi?
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər