Türkiyə-NATO əlaqələri sona çatırmı? – Təhlil
Tarix: 02-08-2019 20:13 | Bölmə: Slayd
Türkiyə-NATO əlaqələri sona çatırmı?

“Türkiyənin NATO-ya üzv qalması artıq çətinləşir”.

Reyting.az
“Jerusalem Post”-a istinadla xəbər verir ki, bu, nəşrin “Türkiyə və NATO – Son?” adlı analitik məqaləsində qeyd olunur.

Məqalədə deyilir: “Türkiyə Avropa və Asiya arasındakı geostrateji mövqeyinə görə, Yaxın Şərq və müsəlman dünyasının bir hissəsi olmaqla və sübut edilmiş hərbi qüdrəti ilə 67 ildir NATO-nun dəyərli üzvüdür. Başlanğıcda, onun Kamal Atatürk mirasının gücü ilə dünyəvi və mütərəqqi bir Qərb meyilli dövləti olduğu hiss edildi. Şimali Atlantika-Avropa təşkilatı üçün o, Yaxın Şərqdə böyük təhlükəsizlik sisteminin bir hissəsi sayılırdır. Amma son illərdə bu tərid mübahisə doğurur”.

Daha sonra məqalədə qeyd olunur:

“Uzun illər Türkiyə iqtisadi və maliyyə əməkdaşlığını inkişaf etdirən və onun tərəqqisinə töhfə verən bütün üzvlərlə yaxşı münasibətlərdə olan sadiq müttəfiq idi. Güzəştlərə qatılaraq Avropa Birliyinin assosiativ üzvü kimi qəbul edildi.

Amerika ona hərbi yardım göstərdi, öz ərazisində hərbi düşərgələr qurdu; nəhəng İncirlik bazası sərəncamına verildi və orada taktiki nüvə silahları yığıldı. NATO çərçivəsində Türkiyə hücum və müdafiə materialının hazırlanmasında və istehsalında iştirak etdi və “F-35” qırıcı təyyarələrinin istehsalı planlarına nəzarət edən komitədə iştirak etdi”.

Müəllif son dövrlərdə NATO və Türkiyə arasında münasibətlərin sərinləmə səbəblərinə toxunarkən, Kipr məsələsini xatırladır. “Kipr sularında böyük qaz yataqlarının kəşf edilməsindən sonra Ankara gəlirlərin Şimali Kiprlə bölüşülməsini tələb edib və qətiyyətini vurğulamaq üçün 2018-ci ildə Avropaya üzv olan Kiprin ərazi sularına kəşfiyyat gəmisi göndərib. Bu çətin məsələ beynəlxalq böhrana səbəb ola bilər və regional gərginliyi daha da artıracaq”.

Daha sonra Şimali Atlantika Alyansı ilə gərginliyin digər səbəbləri, o cümlədən Rusiyadan “S-400” raketlərinin alınması vurğulanır. “Türkiyə hər an NATO-dan çıxarılacağından qorxmalı deyil. Ankaraya gəlincə, onun da müdafiəsinə və inkişafına çox şey verən bir qurumu tərk etmək marağı yoxdur. Tamamilə bəllidir ki, ehtiyac duyduğu texnoloji sərmayələr Rusiya deyil, Qərbdən gəlir. Son 500 ilin Rusiyanın etibar edilməyəcək təhlükəli bir müttəfiq olduğunu göstərdiyi də məlumdur”, – deyə məqalədə qeyd olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}