12:52 / 08-05-2024
Sabah yağış yağacaq
Qızıl Xaç Komitəsi əsirlikdəki əsgərlərimizə baş çəkib - Foto
Tarix: 23-11-2020 11:58 | Bölmə: Slayd
Qızıl Xaç Komitəsi əsirlikdəki əsgərlərimizə baş çəkib

Azərbaycanlı hərbi əsirlər - Amin Musayev və Bayram Kərimovun geri qaytarılması üçün danışıqlar davam etdirilir.

Reyting.az
xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova Modern.az-a bildirib ki, saxlanılan şəxslərlə əlaqədar münaqişə tərəflərilə dialoq aparılır:

“Saxlanılan şəxslərin qaytarılması, azad olunması saxlayan tərəfdən asılıdır. Saxlayan tərəf azad etmək barədə arzu və qərarını bildirdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi bu əməliyyatın həyata keçirilməsində vasitəçi kimi iştirak edir”.

İ. Hüseynovanın sözlərinə görə, əsir və girovların dəyişdirilməsilə bağlı konkret müddət nəzərdə tutulmayıb: “Yəni münaqişə tərəfləri qərar verdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə tərəflərinə əməliyyatın yerinə yetirilməsində neytral vasitəçi kimi dəstək verir”.

Qurumun mandatına uyğun olaraq, əsir düşmüş azərbaycanlı hərbçilər - Amin Musayev və Bayram Kərimova baş çəkilməsinə gəlincə, İ. Hüseynova deyib ki, Komitənin əməkdaşları saxlanılan şəxslərə baş çəkib, konkret məlumat isə ailə üzvlərinə verilib və ictimaiyyətə açıqlanmır.

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəzi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}