00:09 / 09-05-2024
Faşizm üzərində qələbədən 79 il ötür
00:01 / 09-05-2024
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
20:57 / 08-05-2024
Ailə əlil oğlunu timsahlara yedirdib
20:47 / 08-05-2024
Almaniyada Rusiya simvollarının nümayişi qadağan edilib
19:45 / 08-05-2024
Talassemiyalı uşaqların bir milyon manatını mənimsəyiblər - Məhkəmə
18:33 / 08-05-2024
ABŞ qlobal populyarlığını itirir, Çin, Rusiya və İran önə keçir
18:23 / 08-05-2024
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
18:01 / 08-05-2024
Sumqayıtda özünü qazi kimi təqdim edən şəxs saxlanılıb
18:00 / 08-05-2024
Azərbaycan və Bolqarıstan prezidentləri Bakıda görüşüb, birgə bəyanat veriblər - (Yenilənib+) - Fotolar
17:49 / 08-05-2024
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb
17:40 / 08-05-2024
Ərdoğan COP-29-a dəvət olunub
17:26 / 08-05-2024
İlham Əliyev İsmail Serageldini təltif edib
17:22 / 08-05-2024
Aygün Bəylərin bacısı: “Ləmanın üzr videosunu mənə göndərdilər”
17:15 / 08-05-2024
Tbilisidə növbəti kütləvi etiraz aksiyası planlaşdırırlar - Foto
17:09 / 08-05-2024
Erməni Apostol Kilsəsi Paşinyana qarşı birləşib
17:01 / 08-05-2024
Litva Ukraynaya qoşun göndərməyə hazırdır
16:56 / 08-05-2024
Ombudsman həbsdəki jurnalistlərlə görüşüb
16:55 / 08-05-2024
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
16:37 / 08-05-2024
Daha bir şəhidin qalıqları Lerikdə dəfn edilib - Foto
16:30 / 08-05-2024
Dönərdən kütləvi zəhərlənmə olub - (Yenilənib)
16:11 / 08-05-2024
Bolqarıstan prezidenti Ulu Öndərin məzarını ziyarət edib
15:25 / 08-05-2024
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
15:14 / 08-05-2024
Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilib
15:10 / 08-05-2024
Bolqarıstanın birinci xanımı Bakıda milli mətbəximizlə tanış olub - Fotolar
14:54 / 08-05-2024
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı arır”
14:44 / 08-05-2024
BNM “Zəfər şahidləri” layihəsinin icrasına başlayıb
14:39 / 08-05-2024
Şəhidimiz Lənkəranda torpağa tapşırılıb - Fotolar
14:38 / 08-05-2024
İsrail daha 30 fələstinlini həbs edib
23:16 / 06-05-2024
Poeziya müsabiqəsinin ilkin seçimi bəlli olub - Siyahı
08:39 / 04-05-2024
Fironların lənəti... - Onların məzarını açan alimlərin ölüm səbəbi nədir?
14:32 / 04-05-2024
Prezident Xankəndi şəhəri ilə bağlı sərəncam verib
20:14 / 04-05-2024
ABŞ Qətərin HƏMAS-ı ölkədən çıxarmasını istəyir
17:17 / 04-05-2024
İsa Qəmbər yenidən Müsavatın başqanı seçilib
10:32 / 05-05-2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib - Fotolar
21:17 / 05-05-2024
Futbol oyunu zamanı iğtişaş baş verib, 155 polis xəsarət alıb
14:43 / 07-05-2024
Şəhidlərlə vida mərasimi keçirilir - (Yenilənib) - Fotolar
12:38 / 04-05-2024
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşib
07:20 / 04-05-2024
Yeni araşdırma: prostat xərçənginin qarşısı alınır
09:53 / 05-05-2024
Heyrətamiz kainat: alimlərin araşdırması nədən xəbər verir?
14:12 / 06-05-2024
Amerikanın Azərbaycandakı səfiri Şuşaya səfər edib - Fotolar (Yenilənib)
Ermənistan işğal olunmuş ərazilərdə tarixi abidələri məhv edir – Hikmət Hacıyev
Tarix: 27-03-2018 11:37 | Bölmə: Slayd
“Ermənistan Azərbaycana qarşı işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasəti yürüdür. İşğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuata verdiyi açıqlamasında dolayısı ilə bunu etiraf edir, işğalçı dövlət kimi Ermənistanın daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır”.
Bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına münasibət bildirən Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, işğal olunmuş ərazilərimizdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılması, talan və məhv edilməsi halları dəqiqliklə müəyyən olunub: “Beləliklə, işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən 738 tarixi abidə, 83500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan edilib və vandalizm obyektinə çevirilib. Cəbrayıl rayonunda 17-ci əsrə aid məscid kompleksi, Şuşa şəhərində 18-ci əsrə aid Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, XIX əsrə aid Ağdam məscidi nəinki dağıdılıb və talan edilib, donuz və mal-qara yerləşdirməklə tövləyə çevrilib və təhqir obyektinə çevrilib. Həmçinin, Şuşa şəhərində Vaqifin Mavzoleyi, Natəvanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb və talan edilib. İşğal olunmuş Xocalı, Kəlbəcər, Laçın, Xocavənd və digər rayonlarda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban xristian kilsələrinin mülkiyyəti mənimsənilib, arxitektur xüsusiyyətləri dəyişdirilərək erməni kilsə abidələri kimi təqdim edilir. Kəlbəcər rayonu ərazisində yerləşən orta əsrlərə aid Gəncəsar və Xudavəng alban xristian kilsələri xüsusilə qeyd edilməlidir”.
H. Hacıyevin sözlərinə görə, 2003-cü ildən etibarən Azıx mağarasında və Ağdam ətrafında qeyri-qanuni arxeoloji qazıntılar aparılır: “Ermənistan ərazisində tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqına məxsus mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib”. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, "Sərdar sarayı” və ya "Xan sarayı” adlı saraylar kompleksi də vardır. Yerevandakı Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib. Mədəniyyət və Turizm Nazirliyi və XİN tərəfindən "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi” və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması” adlı müfəssəl hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim olunub. Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamələr 2015, 2016 və 2017-cı illlərdə Küveyt Dövləti, Özbəkistan və Fil dişi sahilində keçirilmiş İƏT xarici işlər nazirləri şurasında qəbul olunub. XİN və MvTN işğal olunmuş ərazilərimizdəki maddi-mədəniyyət abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə fakt-araşdırıcı missiyanın təşkil olunması məsələsini beynəlxalq səviyyədə dəfələrlə qaldırıb. Maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vəhşiliklərə görə daşıdığı məsuliyyətini dərk edən Ermənistan hər bir vəchlə buna imkan vermir. Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin yanvar ayında UNESCO Baş katibi Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüşü zamanı UNESCO-nun işğal olunmuş ərazilərimə fakt araşdırıcı missiyasının göndərilməsini məsələsini bir daha qaldırıb”.
H. Hacıyev qeyd edib ki, Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” və həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır: “II Protokolun 9-cu bəndi işğalçı tərəfin "işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəliyini təsbit edir. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti daşıyır. XİN və MvTN birgə səylərlə Ermənistanın işğal olunmuş ərazilərimizdə, o cümlədən Ermənistan ərazisində Azərbaycan xalqına məxsus tarixi maddi-mədəni irsə qarşı vandalizm əməllərini beynəlxalq səviyyədə təqdim etməkdə davam edəcək”.(APA)
Bölməyə aid digər xəbərlər

Dünən, 18:00
Azərbaycan və Bolqarıstan prezidentləri Bakıda görüşüb, birgə bəyanat veriblər - (Yenilənib+) - Fotolar
Dünən, 14:39
Şəhidimiz Lənkəranda torpağa tapşırılıb - Fotolar
Dünən, 11:50
Səudiyyə Ərəbistanı vəhhabilikdən imtina edir
7-05-2024, 15:52
Sumqayıtdakı məktəbdə 250 min manatdan artıq vəsait mənimsənilib
7-05-2024, 11:30
Almatıdakı görüşdən əhəmiyyətli irəliləyişlər gözləməyə dəyərmi?
6-05-2024, 12:44
İranın ali lideri “nüvə fətvası”na yenidən baxacaqmı?
6-05-2024, 12:25
Prezident dəyişikliyi təsdiqləyib – Qanunu pozanlar cərimələnəcək
6-05-2024, 08:18
Qərbi Azərbaycana Böyük Qayıdışa hazırlıq gedir - Foto
6-05-2024, 00:03
İki NATO ölkəsi Rusiya silahlarını Ukraynaya vermək istəmir
5-05-2024, 23:16
Günəşdə yeddi güclü partlayış baş verib
5-05-2024, 09:53
Heyrətamiz kainat: alimlərin araşdırması nədən xəbər verir?
4-05-2024, 12:38
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşib
4-05-2024, 07:20
Yeni araşdırma: prostat xərçənginin qarşısı alınır
3-05-2024, 13:35
Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır?
3-05-2024, 11:22
İranın Afrika həmləsi: Tehranın Qara qitədə hansı marağı var?
3-05-2024, 11:08
İnsan orqanizminə ən faydalı balıq növləri açıqlanıb - Onların yeyilməsi erkən ölüm riskini azaldır
3-05-2024, 11:03
Vəzifəli şəxslərə cinayət işi açılıb
3-05-2024, 10:00
Azərbaycanlı bankir ABŞ-da mülk alıb - 735 min dollara - (Fotollar)
3-05-2024, 09:45
Rus ordusu Ukraynanın daha iki vilayətinə hücuma hazırlaşır
3-05-2024, 08:33
Günəşdəki partlayış Yerdə maqnit qasırğası yaradıb
2-05-2024, 20:06
Ayda 4G şəbəkəsi yaradacaqlar
2-05-2024, 16:15
Parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər
1-05-2024, 17:58
Yeni yaradılan "Həyat ağacı" ekoloji problemləri həll edəcək, insan ömrünü uzadacaq
1-05-2024, 10:55
Ruslar Ukraynanın daha iki yaşayış məntəqəsini ələ keçirib - Fotolar
1-05-2024, 08:19
Birinci siniflərə sənəd qəbulu başlayır
1-05-2024, 07:28
ÜST xəbərdarlıq edir: humanitar fəlakət yaxınlaşır!
30-04-2024, 22:42
Magistraturalara qəbul imtahanının nəticələri açıqlanıb
30-04-2024, 12:02
Çin İranın ətəyini buraxmayacaq - Pekin niyə Tehranın tərəfini tutur?
29-04-2024, 18:12
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29-04-2024, 16:12
Türkiyənin NATO ilə bağlı qərarı 32 dövlətə çatdırılıb
29-04-2024, 15:55
İsa Qəmbər Müsavat başqanı postuna namizəd olub
29-04-2024, 12:54
Prezident iki nazir müavini təyin edib