Rusiya yenə hədələyir: “Nüvə silahı ilə məhv edə, böcək kimi əzə bilərik”
Tarix: 14-05-2022 17:42 | Bölmə: Slayd
Rusiya yenə hədələyir: “Nüvə silahı ilə məhv edə, böcək kimi əzə bilərik”

Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Aleksey Juravlyov nüvə silahının Finlandiya və Britaniyaya nə qədər tez çata biləcəyi ilə öyünüb. O, iştirak etdiyi teleproqramda bəzi ölkələri təhdid edib, onlara “böcək kimi əzərik”, - mesajını verib.

Reyting.az
-ın xəbərinə görə, Dumada Vladimir Putini dəstəkləyən “Rodina” partiyasının rəhbəri Juravlyov Britaniya və Finlandiyanı hədələyib.

Juravlyovun hədə mesajı bu səhər Rusiyanın Finlandiyaya elektrik enerjisini kəsdiyi vaxt yayılıb. Finlandiyanın ötürücü sistemini idarə edən “Fingrid Oy” şirkəti isə bildirib ki, Rusiyadan idxal olmasa belə, Finlandiyada kifayət qədər elektrik enerjisi var.

Dumanın üzvü Juravlyov isə deyib ki, əgər Finlandiya NATO-ya qoşulmaq istəyirsə, Rusiyanın məqsədi tamamilə qanunidir.

Juravlyov əlavə edib: “Yaxşı, əgər ABŞ dövlətimizi təhdid edirsə: budur, sizin üçün “Sarmat” (“Şeytan-2” raketi)! Rusiya olmamalı idisə, sizin yerinizdə nüvə külü olacaq. Finlandiya isə ABŞ-la bir olduğunu deyir. Amma Finlandiya dövlət olduğuna, bir ölkə kimi mövcudluğuna görə Rusiyaya minnətdar olmalıdır”.

Rusiyanın Finlandiya sərhəddində nüvə silahlarının dəyişib-yerləşdirməyini soruşduqda o, belə cavab verib:

“Nə üçün? Bu bizə lazım deyil. Biz onu Sibirdən “Sarmat”la vura bilərik, hətta İngiltərəyə də çatarıq. Kalininqraddan hücum etsək, hipersoniklərin çatmaq üçün 200 saniyə vaxtı var! Finlandiya sərhəddində bizim strateji silahlarımız yox, Finlandiyaya 20, hətta 10 saniyəyə çatacaq “Kinzhal” sinifli silahlarımız olacaq”.

Juravlyov Rusiyanın Qərb cinahında hərbi qüvvələrini xeyli gücləndirəcəyini də bildirib və Finlandiyanın NATO-ya daxil olması üçün ABŞ və İngiltərənin təxribatına məruz qaldığını iddia edib.

“Finlərin bizimlə bölüşəcək heç bir şeyi yoxdur. Onlar qazın, taxta-şalbanın 90 faizdən çoxunu bizdən alırlar. İlk növbədə döyüşmək kimə lazımdır? Finlərə? Rusiyanın onlara hücumundan qorxmurlar. Təbii ki, amerikalılar gec və ya tez buna məcbur edəcəklər. Onlar Ukraynanı zorladığı kimi Polşanı və Rumıniyanı da məcbur etməyə çalışırlar. Göründüyü kimi, uğurları da olur”,- deyən Dumanın təcrübəli siyasətçisi əlavə edib: “Finlandiyanın NATO-ya üzv olub bizə qarşı əvvəlki kimi davranacağını söyləmək mümkün deyil, bu, olmayacaq. Amerikalılar onları təxribata təhrik edəcək. Biz çoxdan səbirli olmuşuq. Amma bu, əbədi davam edə bilməz”.

Juravlyovun iddiasına görə, ABŞ Üçüncü dünya müharibəsinin baş verməsi üçün əlindən gələni edəcək: “Onlar nüvə hücumlarına təhrik etməməyə çalışsalar da, bütün Avropanı Rusiya ilə münaqişəyə cəlb etməyə, Asiyada vəziyyəti qızışdırmağa və mümkün qədər çox ölkəni yandırmağa çalışacaqlar. Onlar üçün bu, daxili iqtisadi böhrandan çıxmaq üçün çox yaxşı bir yol olacaq. Bu halda bütün problemlərini İkinci dünya müharibəsində olduğu kimi müharibəyə bağlaya biləcəklər. Onlar böhrandan ancaq Avropadakı müharibə sayəsində çıxdılar. Amma böyük təhlükə var. Nüvə raketlərinin uçmayacağına kim zəmanət verir? Mən buna zəmanət vermirəm”.

“Ura” xəbər agentliyinin “Rusiya nüvə silahı ilə birinci zərbə endirə bilərmi”,- sualına Juravlyov “Qətiyyən!” cavabını verib və əlavə edib ki, bu, Rusiyanın varlığına təhlükə yaranacağı təqdirdə baş verəcək.

Baltikyanı ölkələr - Litva, Latviya və Estoniya ilə bağlı suala cavabında deputat bildirib ki, lazım gələrsə, Rusiyanın onları əzəcək:

“Onlar üfunətli böcəklər kimi iyrəncdirlər. Amma ehtiyac yaranarsa, onları əzmək lazımdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}