Marsda daşlaşmış başa bənzər əşya tapılıb - Foto
Tarix: 20-10-2024 10:07 | Bölmə: Xəbərlər
Marsda daşlaşmış başa bənzər əşya tapılıb

Mars aparatı qırmızı planetdə daşlaşmış başa bənzər əşya tapıb. Həqiqətən də nümayiş olunan fotoşəkildəki daş qorxunc görünüşlü kəsilmiş başa oxşayır.

Reyting.az
-ın məlumatına görə, NASA-nın dərc etdiyi foto sentyabrın 27-də böyütmə obyektivi, həmçinin 2 meqapiksellik sensoru olan multispektral stereoskopik alətin xüsusi hissəsi sayılan, hündür bir montajda quraşdırılmış, eləcə də sağ istiqamətdən şəkilləri qeydə alan "Mastcam-Z" kamerası tərəfindən çəkilib.

Lakin mütəxəssislərin fikrincə, fotodakı "baş" qırmızı planetin bolca səpələnmiş çöküntü qumdaşı parçasından başqa bir şey deyil. Onun öz qəribə formasını alma səbəbi isə hava şəraitinə məruz qalması və ola bilsin ki, əvvəllər Marsın səthindən keçən suyun nəticəsindədir.



Buna baxmayaraq, nəticə təsiredicidir. Çünki bu daşın qurumuş, çürümüş, tamamilə insan bədənindən kəsilib ayrılmış, həmçinin də amansız günəşin altında qurumuş insanın başına bənzəməsi göz önündədir.

Marsda insanın üzünə və yaxud da ayının ağzına, göbələkə, daş üzərində oyulmuş döyüşçünün təsvirinə, həmçinin çox kiçik Biqfuta, qaşığa, adamın bud sümüyünə, hətta həşəratlara oxşayan çox sayda belə qayalar var. Bütün belə illüziyalar həm də insan beyninin fusiform girusunun vizual tanınması alqoritmləri ilə əlaqəli qavrayış xüsusiyyəti olan pareidoliya təsəvvürü ilə izah olunur.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}