Rusiya bölgələri üzərində daha 18 PUA vurulub
Tarix: 21-10-2024 09:28 | Bölmə: Xəbərlər
Rusiya bölgələri üzərində daha 18 PUA vurulub

Bir gecədə 11-i Rostov səmasında olmaqla Rusiya vilayətləri üzərində, Ukrayna məxsus 18 pilotsuz təyyarə (PUA) məhv edilib.

Reyting.az
Rusiya Müdafiə Nazirliyinə istinadla bildirir ki, ötən gecə Ukraynadan Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

Məlumata görə, növbətçi hava hücumundan müdafiə sistemləri Rostov vilayəti ərazisi üzərində 11 PUA-nı məhv edib və ya ələ keçirib. Bryansk vilayəti ərazisində 4, Kursk vilayəti ərazisində 2, Oryol vilayəti ərazisində isə 1 PUA vurulub.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev öz Teleqram kanalında 4 pilotsuz təyyarənin Novoşaxtinsk ərazisində, digərinin Çaltır bölgəsində məhv edildiyi bildirib. Myasnikovski rayonunda isə 6 pilotsuz təyyarə sıxışdırılıb. İlkin məlumatlara görə, tələfat və dağıntı olmayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}