13:15 / 22-10-2024
Sabah yağış yağacaq
HƏMAS-a kimlər rəhbərlik edəcək?
Tarix: 22-10-2024 08:10 | Bölmə: Xəbərlər
HƏMAS-a kimlər rəhbərlik edəcək?

HƏMAS-ın Siyasi Bürosuna son dəfə rəhbərlik etmiş Yəhya Sinvar İsrail tərəfindən öldürüldükdən sonra təşkilatın gələcəyi ilə bağlı kritik qərar verilib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, HƏMAS mənbələrindən əldə edilən məlumata görə, Yəhya Sinvarın əvəzinə yeni bir lider seçilməyəcək, əvəzində mart ayında keçirilməsi planlaşdırılan seçkilərə qədər təşkilatı Qətərin paytaxtı Dohada yerləşən inzibati komitə idarə edəcək.

Bildirilir ki, bu komitə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra yaradılıb.

Vəzifəsi “müharibə zamanı, müstəsna hallarda və gələcək üçün qrupun planlarını idarə etmək” və “strateji qərarlar vermək” olan komitə aşağıdakı şəxslərdən ibarətdir:

Qəzza nümayəndəsi Xəlil əl-Hayya, İordan çayının qərb sahili nümayəndə Zaher Kaberin, fələstinlilərin xaricdəki nümayəndəsi Xalid Meşal, Məsləhət Şurasının sədri Məhəmməd Dərviş və təhlükəsizlik səbəbiylə adı açıqlanmayan siyasi büro katibi.

İddiaya görə, komitə üzvlərinin hamısı Qətərdədir.

Qeyd olunur ki, adı açıqlanmayan, lakin qurumu təmsil edəcək bir liderin HƏMAS-ı inzibati komitə vasitəsilə idarə etməsi məsələsi də masada olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}