13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Pentaqon rəhbəri Kiyevə gəlib
Tarix: 21-10-2024 11:49 | Bölmə: Xəbərlər
Pentaqon rəhbəri Kiyevə gəlib

ABŞ-nın müdafiə naziri Lloyd Ostin bu gün səhər gözlənilmədən elan olunmamış səfərlə Kiyevə gəlib.

Reyting.az
ABŞ mediasına istinadla bildirir ki, Ostin Kiyevə yeni hərbi yardım və ya Rusiyada uzaqmənzilli raketlərdən istifadə icazəsi ilə bağlı heç bir əsas açıqlama olmadan təşrif buyurub.

Ostin Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə Ukraynanın silah ehtiyaclarını və gələn il üçün ABŞ-nın dəstəyini müzakirə edəcək.

“Ostinin səfəri həm də onun üçün “geri çəkilmək” və son iki il yarım müharibədə ABŞ-Ukrayna münasibətlərinin “qövsünə” baxmaq üçün bir an olacaq”,- deyə analitiklər bildirirlər.

Qeyd edək ki, bu, Ostinin Pentaqon rəhbəri kimi Ukraynaya dördüncü və ehtimal olunan son səfəridir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}