13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Ay üçün skafandr hazırlanıb - Foto
Tarix: 21-10-2024 18:03 | Bölmə: Xəbərlər
Ay üçün skafandr hazırlanıb

Moda evi "Prada" ilə Texas startapı "Axiom Space" 2026-cı ilə planlaşdırılmış, NASA-nın "Artemis III" Ay missiyasında istifadə olunacaq skafandrın ilk dizaynını təqdim ediblər.

Reyting.az
-ın məlumatına görə, "Axiom Extravehicular Mobility Unit" adlanan skafandr Milanda keçirilən Beynəlxalq Astronavtika Konqresində təqdim olunub.

"Prada" və "Axiom Space" şirkətlərinin birgə bəyanatında deyilir ki, kostyum ayda çox çətin şəraitdə işləmək üçün yüksək texnoloji funksionallığı və zahiri estetikanı birləşdirməkdən ötrü hazırlanıb.



Üstəlik, kostyumlar yüksək keyfiyyəti ilə Ayın cənub qütbündə həddindən artıq temperaturlara tab gətirmək, həmçinin daima qaranlıq olan bölgələrdə ən azı iki saat soyuq şəraitdə dözüb, fəaliyyət göstərmək üçün nəzərdə tutulub.

Son məluma görə, AxEMU skafandrı artıq sınaqdan keçirilib və inkişafın son mərhələsindədir.

"Artemida III" missiyasının məqsədi ötən əsrin, yəni yaxın keçmişin 1972-ci ilində baş tutmuş "Apollo 17" proqramının sona çatmasından sonra Aya XXI əsrdə ilk eniş edəcək astronavt olması planlaşdırılır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}