13:15 / 22-10-2024
Sabah yağış yağacaq
İŞİD-in əsas siması İstanbulda ələ keçib
Tarix: 21-10-2024 13:19 | Bölmə: Xəbərlər
İŞİD-in əsas siması İstanbulda ələ keçib

Türkiyənin İstanbul şəhərində terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı təşkilatın “Ninova (Mosul) bölgəsi” adlanan ərazidə “bombacı” kimi fəaliyyət göstərən terrorçu yaxalanıb.

Reyting.az
xəbər verir ki, şəhərdə İŞİD-ə bağlı ünsürlərin olduğuna dair kəşfiyyat məlumatı alan İstanbul Polis İdarəsinin kəşfiyyat şöbəsi və Terrorla Mübarizə İdarəsi (TEM) sözügedən şübhəliləri yaxından təqib edib. Polis qrupları tərəfindən aparılan texniki və fiziki nəzarətdən sonra həyata keçirilən əməliyyatda 2016-cı ildə İraqın Mosul bölgəsində İŞİD sıralarında partlayıcı maddə istehsal edən O.M. adlı terrorçu saxlanılıb.

Saxlanılan terrorçu dindirilib, daha sonra məhkəmə tərəfindən həbs qərarı verilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}