17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
Türk ordusu iki ölkədə PKK hədəflərini vurmağa başlayıb
Tarix: 24-10-2024 08:22 | Bölmə: Xəbərlər
Türk ordusu iki ölkədə PKK hədəflərini vurmağa başlayıb

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) İraq və Suriyanın şimalında terrorçulara qarşı hava əməliyyatı keçirildiyini və onlara aid 32 hədəfin məhv edildiyini bildirib.

Reyting.az
xəbər verir ki, bununla bağlı MMN xüsusi açıqlama ilə çıxış edib.

Bildirilir ki, terrorçulara məxsus hədəflər uğurla məhv edilib:

“Türk ordusunun hava əməliyyatları qətiyyətlə davam edir. Aparılan əməliyyatlarda yerli və milli sursatdan maksimum istifadə edilərək çoxlu sayda terrorçu zərərsizləşdirilib. Soylu millətimizin qəlbindən çıxan Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi, bir nəfər də olsun terrorçu qalmayana qədər ölkəmizin və millətimizin təhlükəsizliyi üçün terrora qarşı əzmlə mübarizəsini davam etdirəcək. Bu əməliyyatlar zamanı günahsız mülki şəxslərə, dost ünsürlərə, tarixi və mədəni sərvətlərə və ətraf mühitə dəyən ziyanın qarşısını almaq üçün bütün tədbirlər görülüb”.

Xatırladaq ki, Türkiyə ordusunun bu əməliyyatı dünən Ankaradakı qanlı terror akatından dərhal sonra baş verib ki, bu da terror aktının PKK tərəfindən törədildiyinə işarə ola bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}