17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
Lukaşenko müxalifət liderini əfv edə bilər
Tarix: 24-10-2024 08:34 | Bölmə: Xəbərlər
Lukaşenko müxalifət liderini əfv edə bilər

Belarus prezidenti Aleksandr Lukaşenko müxalifət liderlərindən biri hesab olunan Mariya Kolesnikova da daxil olmaqla, digər belaruslu siyasi məhbusların əfv xahişinə baxmağa hazırdır.

Reyting.az
“Belta” agentliyinə istinadla bildirir ki, Lukaşenko bu barədə Kazan şəhərində keçirilən BRİKS sammiti çərçivəsində BBC-nin əməkdaşı Stiven Rozenberqlə müsahibəsində danışıb.

“Bizim qanunumuz var: insan öz təqsirini başa düşür və o, bir çox başqa ölkələrdə olduğu kimi, əfv xahişi ilə ölkə başçısına müraciət edir, yaxşı! Biz buna baxacağıq. Kolesnikovadan belə bir müraciət olarsa, mən bunu mütləq nəzərdən keçirəcəyəm", - deyə Lukaşenko əlavə edib.

Qeyd edək ki, 2020-ci ildə Belarusda keçirilməsi nəzərdə tutulan prezident seçkilərindən öncə Mariya Kolesnikova ölkə müxalifətinin ən şanslı simalarından birinə çevrilmişdi. O, 2020-ci ilin sentyabr ayında saxlanılıb və "hakimiyyəti zorla ələ keçirməyə cəhd" ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}