Baş katib: Türkiyə NATO-da çox populyardır
Tarix: 23-10-2024 08:49 | Bölmə: Xəbərlər
Baş katib: Türkiyə NATO-da çox populyardır

Amerika hegemonluğuna qarşı birləşən Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət BRİKS-in sıraları getdikcə genişlənir. Türkiyə də dollar əvəzinə milli valyuta ilə ticarətə önəm verən BRİKS-in sıralarına qoşulmaq üçün müraciət edib.

Reyting.az
xəbər verir ki, bu iddialardan sonra NATO-nun baş katibi Rutte Türkiyənin BRİKS ilə əməkdaşlığına “yaşıl işıq” yandırıb.
Türkiyənin BRİKS ölkələri ilə əməkdaşlıq etmək hüququna malik olduğunu və bu vəziyyətin Türkiyənin NATO üzvlüyü ilə ziddiyyət təşkil etmədiyini bildirən Rutte, jurnalistlərin Türkiyənin BRİKS-lə əməkdaşlığı inkişaf etdirməsindən NATO-nun narahat olub-olmaması ilə bağlı sualına belə cavab verib:

“NATO 32 demokratik dövlətdən ibarətdir. Təbii ki, həmişə bu və ya digər mövzuda mübahisələr olacaq. Amma biz bilirik ki, Türkiyə öz tərəfdaşları və ya BRİKS tərəfdaşları ilə işləyir, onların buna haqqı var”.

Türkiyənin BRİKS ilə əlaqələrini yaxşılaşdırmaq cəhdinin NATO ölkələri arasında müzakirələrə səbəb ola biləcəyini vurğulayan Rutte əlavə edib ki, yaranmış vəziyyət Ankara və müttəfiqlərin bir-birləri üçün əhəmiyyətini dəyişməyəcək.

“Türkiyə həmişə NATO-nun bir hissəsidir və olacaq, mən buna tam əminəm. NATO Türkiyədə, Türkiyə də NATO-da çox populyardır. Ona görə də bir-birimizlə əməkdaşlığın faydasını ən üst səviyyəyə çıxarmağımıza əmin olmalıyıq. Türkiyə müttəfiqqimiz olduğu üçün çox xoşbəxtik”,-NATO baş katibi qeyd edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}