17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
BMT: İsrail Qəzzanı tamamilə dağıdıb
Tarix: 24-10-2024 10:03 | Bölmə: Xəbərlər
BMT: İsrail Qəzzanı tamamilə dağıdıb

İsrailin bir ildən artıqdır davam edən hücumları nəticəsində Qəzza tamamilə viran qalıb.

Reyting.az
xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib.

BMT blokada altındakı atəşkəslə bölgənin yenidən qurulmasının 350 il çəkə biləcəyi barədə xəbərdarlıq edib: “Müvafiq olaraq, tikinti blokada şəraitində aparılsa, 350 il çəkəcək. Digər tərəfdən, Qəzza indi 70 il geriyə gedib”.

BMT-nin hesabatına görə, Qəzzada bütün sektorlar dağılıb. Tutumlar tikinti sektorunda 96 faiz, kənd təsərrüfatında 93 faiz, emal sənayesində 92 faiz, xidmət sahələrində 76 faiz azalıb.

Qəzzada İsrailin hücumlarından əvvəl zəif olan iqtisadi həyat demək olar ki, tamamilə dayanıb. Məktəb binalarının 88 faizi, 36 xəstəxanadan 21-i, 105 ilkin tibb müəssisəsindən 45-i artıq fəaliyyət göstərmir.

BMT Qəzzanın azad edilməsi üçün 3 ssenari açıqlayıb:

Birinci ssenariyə görə, fələstinli işçilərə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılmalı və saxlanılan icazə gəlirləri Fələstin rəhbərliyinə qaytarılmalıdır. Əgər bərpa səyləri üçün ildə 290 milyon dollar ayrılsa, üstəlik, 280 milyon dollar humanitar yardım ayrılsa, erkən bərpa baş verə bilər.

İkinci ssenariyə görə, BMT-nin Qəzzaya qeyri-məhdud yardım göndərmək şansı olsa, 10 il ərzində bərpa oluna bilər.

Lakin ehtimalın yüksək olduğu üçüncü ssenari Qəzza üçün fəlakətin hələ başlanğıcda olduğunu göstərir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}