Alimlər okeanların sirrini aça bilmir
Tarix: 23-10-2024 16:30 | Bölmə: Xəbərlər
Alimlər okeanların sirrini aça bilmir

Yerin müxtəlif guşələri, hətta kosmos və Ay planeti tədqiq edilsə də, dəniz və okeanların dərinlikləri indiyə qədər sirr olaraq qalır. Kolumbiyalı alimlər bildirirlər ki, okean dibinin yalnız 25 faizinin xəritəsi çəkilib.

Reyting.az
xəbər verir ki, Kolumbiya Universitetinin əməkdaşı Viki Ferrininin sözlərinə görə, yüksək keyfiyyətli və çox sayda elmi məlumatlardan istifadə etməklə dənizin dibinin yalnız dörddə birinin xəritəsini çəkə biliblər. Bununla belə, müasir elmin inkişaf etdiyi bir dövrdə alimlər okeanın səthinin altında gizlənən sirləri hələ yeni açmağa başlayır.

V. Ferrini belə okean xəritələrini dəqiq yaratmaq üçün peyk məlumatlarından da istifadə etdiklərini deyib. Lakin alimin dediyinə görə, hətta ən qabaqcıl xəritələr belə bütün detalları açıb göstərə bilmir.

Alimlərin fikrincə, hazırda dünya elmi okeanın dibinin model xüsusiyyətlərinə kömək etmək üçün peyk məlumatlarına və cazibə ölçmələrinin birləşməsinə daha çox etibar edir, baxmayaraq ki, bu cür metod həm də birbaşa ölçmələrdən daha çox uzaqdır.

Ferrini qeyd edir ki, daha dərindən başa düşmək üçün sadəcə xəritəni yox, birbaşa dənizlərin, eləcə də okeanların dibi araşdırılmalıdır:

"Okeanın lap dərinlikləri dağ silsilələrini, nəhəng çıxıntıları, həm də çoxlu axınların keçdiyi və çöküntüləri hərəkətə gətirmək gücündə olan dolama kanallarını gizlədir. Elm aləmində hətta ən dəqiq xəritələrin belə 100 metrlik təsvir ölçüsü var ki, bu da daha kiçik obyektlərin görünməsinə imkan vermir. Problem çox çətin olsa da, arzularımız, yəni "Dəniz dibi 2030" layihə təşəbbüsü 2030-cu ilə qədər tamamilə mükəmməl xəritə yaratmağı hədəfləyir. Lakin okean və dənizlərin dibinin tam yeni xəritəsini yaratdıqdan sonra belə, alim olaraq hələ də biz dəniz dibinin tərkibi, onun zəngin ekosistemi kimi suallarla qarşılaşırıq”.

V. Ferrini əlavə edib ki, okeanların, dənizlərin zəngin ekosistemi planetdəki həyatı dəstəkləyir. Dünya sakinləri, insanlar isə Yer kürəsinin qoruqçuları kimi təbii ehtiyatları daha da səmərəli idarə etmək üçün onu dərindən öyrənib başa düşməyə çalışmalıdır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}