23:52 / 09-07-2025
10 israilli girov azad olunacaq
22:19 / 09-07-2025
Dağıstanda 270-dən çox adam sudan zəhərlənib
20:50 / 09-07-2025
Gələcəyin yol xəritəsi - Sadiq Qurbanov yazır
19:19 / 09-07-2025
Sabah bəzi bölgələrə dolu düşəcək - Xəbərdarlıq
18:52 / 09-07-2025
Etiraz aksiyalarına reaksiya sərt olub
18:48 / 09-07-2025
Pərviz Şahbazov: "OPEC-lə əməkdaşlığa dair müzakirələr apardıq"
18:39 / 09-07-2025
Putin Rusiyaya bir milyon hindistanlı gətirəcək
18:30 / 09-07-2025
İsrailə silah daşıyan gəminin qarşısı kəsiləcək
18:23 / 09-07-2025
Kreml Trampın Moskvanı bombalamaq hədəsinə münasibət bildirib
18:05 / 09-07-2025
Prezident İlham Əliyev BƏƏ-də: yeni saziş imzalanıb - (Yenilənib) - Fotolar
18:03 / 09-07-2025
Şikayətçi: “Gecə arvadımın meyitini mənə verdilər”
17:50 / 09-07-2025
Sabiq məhkəmə hakimi kassasiya şikayəti verib
17:42 / 09-07-2025
Daha 24 maşın hərraca çıxarılıb
17:36 / 09-07-2025
Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları təsdiqlənib
17:36 / 09-07-2025
Özünü təyyarənin mühərrikinə atan şəxs ölüb
17:29 / 09-07-2025
Ermənistanda Rusiya əleyhinə etiraz aksiyası keçirilib
17:23 / 09-07-2025
Qaradağda səkiyə çıxan maşın iki nəfəri vurub - Ölən var
17:21 / 09-07-2025
Kremlin planı Rusiyanı xilas edə bilməyəcək
17:18 / 09-07-2025
Səbayıl Bağırovla müqaviləyə xitam verilib
17:10 / 09-07-2025
Tələbələrin köçürülməsinə başlanılır
16:41 / 09-07-2025
Hindistanda körpü çöküb, maşınlar suya düşüb
16:06 / 09-07-2025
Sabiq rəis və sektor müdiri hakim qarşısına çıxarılıblar
15:49 / 09-07-2025
Professor: Azərbaycanla bağlı reallığı Rusiyada da yaxşı dərk edirlər
15:29 / 09-07-2025
Mərkəzi Bank: "Manatın ucuzlaşması uzunmüddətli deyil"
15:02 / 09-07-2025
“Gəncə” klubu argentinalı mütəxəssislə anlaşıb
14:27 / 09-07-2025
Azərbaycan-Ermənistan sərhədində təxribatlar ola bilər - Ekspert
13:59 / 09-07-2025
Rusiya 728 dronla hücuma keçib
13:54 / 09-07-2025
Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

20:15 / 06-07-2025

09:26 / 05-07-2025

13:32 / 06-07-2025

10:35 / 05-07-2025

09:47 / 06-07-2025

11:01 / 07-07-2025

17:43 / 07-07-2025

12:19 / 05-07-2025

22:09 / 06-07-2025

18:33 / 07-07-2025

Xoşbəxtlik modeli - M. Əliyeva yazır
Tarix: 31-12-2018 13:54 | Bölmə: Mətanət ƏLİYEVA

Yola saldığımız 2018-ci ilin müxtəlif sahələr üzrə statistikası açıqlanıb. Mənim diqqətimi daha çox cəlb edən boşanma məsələsidir. 2018-ci ildə boşanmalar təxminən 50 faizə çatıb. Fikrimcə, bu rəqəmin arxasında böyük faciələr dayanır.
Ağlım kəsəndən boşanan ailələr haqqında “filankəsin evi dağıldı”,- sözlərini eşitmişəm. Ev dağılanda ən çox uşaqlar əziyyət çəkir. Atalı-analı yetim qalan uşaqlar elə bir mənəvi zərbə alırlar ki, onların sonrakı həyatı faciələrlə dolu olur.
Yetim uşaqlar haqqında belə bir bayatı da var:
Yetimin yekə dərdi,
Fil gələ çəkə dərdi.
Nər çəkməz, köşə çəkməz,
Lök gələ çəkə dərdi.
Valideynləri boşanıb yenidən ailə quran, atalı-analı yetim qalan, nənə himayəsində böyüyən şair Nüsrət Kəsəmənli isə yazır:
Uzaqdaydı mən axtaran ocaqlar,
Ürəyimi yandırırdı sazaqlar.
Atalıydı-analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.
Mənim anam cavan vəfat etdiyi üçün natamam ailənin nə demək olduğunu bilirəm. Boşanmış ailələrdən fərqli olaraq valideynlərin vəfat etdiyi ailələrdə uşaqlar ciddi mənəvi zərbə almırlar, çünki ölüm Allahın qismətidir, ailə dağıtmaq isə günahdır, eqoist maraqlarını düşünərək boşanan adamlar Allahın qəzəbinə gəlirlər.
Əsil bədii sənət əsəri odur ki, o əsər insanın yaşadığı, lakin sözlə ifadə edə bilmədiyi ağrını, sevinci yuxarıdakı misralarda olduğu kimi ifadə edə bilsin. Bunun üçün insane İlahidən ilham gəlməlidir.
Psixoloqlar qatil uşaqlar arasında araşdırma aparıb və məlum olub ki, bu uşaqların əksəriyyəti natamam – boşanmış ailələrdə böyüyüblər.
Hansısa jurnalda oxudum ki, Avropa ölkələrinin birində yeniyetmə qızların böyük faizi ögey ataları tərəfindən zorlanıb.
Hazırda bizim cəmiyyətdə homoseksual oğlanların sayı artıb. Şəxsən mənim tanıdığım homoseksuallar natamam ailələrdə böyüyənlərdir. Uşaqların elə bir dövrü olur ki, nəzarət olmayanda onları narkomanlığa, fahişəliyə, homoseksuallığa, cinayətkar yollara çəkmək asanlaşır. Bütün bunların münbit mənbəyi olan boşanmalar bizim ölkədə müstəqil olduğumuz vaxtdan bəri məqsədli şəkildə təbliğ olunur. “Mavi”lərin və fahişələrin kütləvi şəkildə teleaparıcı olmalarını da təsadüf saymaq olmaz. Onların əksəriyyəti Türkiyədə hazırlıq keçirlər.
Ölkəmizdə ailə modelini dağıtmaq üçün beynəlxalq təşkilatlar qeyri-hökumət təşkilatlarına, mətbuata, siyasi partiyalara külli miqdarda maliyyə vəsaiti verir, adını da qoyurlar - gender bərabərliyi və sair. Burada siyasi məqsəd də ola bilər, insan alverindən, narkotik maddələrin satışından pul qazanan beynəlxalq cinayətkar mərkəzlərin maddi maraqları da.
Ümumiyyətlə, dünyada bütün müharibələr pul üstündə gedir. Cinayətkar şəbəkələr pul qoyub pul götürürlər. Dövlətin başında duranlar xalqı fikirləşmirlərsə, o xalq beynəlxalq cinayətkar şəbəkələrə ucuz yem olur.
Televiziya kanallarımızda ailə dəyərlərindən danışan ekspertlərin bir çoxu fahişədir. Bu qadınların əksəriyyəti hansısa pullu kişini ələ keçirib ona seksual xidmət göstərir. Amma onlar küçədə, magistral yolların kənarında dayanıb bədənini satan fahişələrdən fərqli olaraq, özlərini fahişə hesab etmirlər. Belə qadınların bir şüarı da var: “Kişidən nə qədər çox pul alsan, onu daha çox əldə saxlaya bilərsən, kişi xərclədiyi pullara heyfi gəldiyi üçün saxladığı qadını atmayacaq”.
Fahişələr özlərinə bəraət qazandırmaq üçün deyirlər ki, kişi yaxşı qadının yanından qaçmaz.
Pul müqabilində qadınla seksual əlaqədə olmaq sevgi deyil. Bu, birmənalı şəkildə belədir ki, bədənini pul müqabilində satan qadın da, kişi də fahişədir.
Bəzi oxucular deyə bilər ki, boşanmalar inkişafın nəticəsidir. Özünü maddi cəhətdən təmin edən qadın ərə tabe olmaq istəmir, müstəqil yaşamaq istəyir.
Mən Parisdə olanda türk dönərsatan dedi ki, “fransızlar bitdi, onlar cocuq doğmurlar, köpək saxlayırlar.” Həqiqətən də avropalılar ailə qurub uşaq doğmaqda çox da maraqlı deyillər. Onlar özləri üçün yaşamaq istəyirlər, istədikləri vaxt sevgililərini dəyişirlər. Belə münasibətdən uşaqların əziyyət çəkdiyini gördükləri üçün uşaq dünyaya gətirmirlər və yaxud boşananda uşaqlarının atası ilə dostluğu davam etdirirlər ki, uşaq mənəvi əzab çəkməsin. Mən belə həyat sürən avropalıların xoşbəxt olub-olmadıqlarını dərk etmək üçün diqqətlə onların üzlərinə baxırdım. Üzlərdə yorğunluq, boşluq, qüssə görürdüm. Amma bizdə nəvələrin, gəlinlərin əhatəsində yaşayan insanlar daha həyatsevər, daha xoşbəxt görünürlər.

İnsanlar yaranan gündən xoşbəxtlik axtarışında olublar. Nəhayət, insanlar ailə modelini fikirləşiblər. İsti ocaq, ata, ana, övladlar əhatəsində sevgi dolu ömür xoşbəxtliyin qarantı hesab olunub. Bu isti ocağı dağıtmaqla xoşbəxtlik axtaranların axırda peşiman olduğunu görmüşəm. İndiyə qədər eşitməmişəm ki, boşanmış bir kişi, yaxud bir qadın sonradan desin ki, düz hərəkət edib.
İnsanın həyatı - İslam dininin qanunları ilə desək, bir sınaqdır. Allah insanı bu dünyada bütün sınaqlardan keçirir. Var-dövlətindən, vəzifəsindən asılı olmayaraq, hər bir insan bu dünyanın bütün əzablarını – xəstəlik, xəyanət, yaxın adamının vəfatı, haqsızlıq, maddi çətinlik – yaşayır. Bəzən insan fikirləşir ki, bu dünyaya əzab çəkmək üçün gəlib. Ətrafında doğmaların, mehriban ailən, qohumların olanda çətin sınaqlardan keçmək bir qədər asan olur. Güclü insanlar var ki, onlar təkbaşına bütün əzabları dəf edə bilirlər.
İnsanlar müxtəlifdir. Bəziləri insana məxsus olan hissləri dərindən yaşayır, onlarda orta hədd yoxdur, sevincdən göydə uçur, kədərdən sanki ölür.
Dayaz insanlar da var. Onlar hər şeyə ötəri yanaşır. Hər halda, isti ocağın ətrafında, sevdiyin insanların arasında olmaq ən uğurlu xoşbəxtlik modelidir. Keçmişdə bu ocağın ətrafındakı insanların sayı həddən artıq çox olub, ona görə də o vaxt depressiyalar, nevrozlar olmayıb, hətta ölümü də insanlar nikbinliklə qarşılamağı bacarıblar.
Mən istərdim ki, ötən ildə çörək dalınca ölkəmizi tərk edən, Rusiyada, Ukraynada, Belarusda, Qazaxstanda ağır mühacir həyatı yaşayan azərbaycanlıların statistikası açıqlansın. Ölkəmizdə nə qədər gənc qadın ərsiz qocalır, nə qədər uşaq atasız böyüyür…
Bizimkilər Ermənistandan mühacirət edənlərdən çox danışır, amma öz mühacirlərimizin faciələri barədə susurlar.
Tanıdığım ailələrin statistikasını apardım. Mənim tanıdığım ailələrin təxminən 50 faizində kişilər mühacirətdədir.
“Reytinq” qəzetində oxudum ki, amerikalı politoloq Üçüncü dünya müharibəsinin Qarabağdan başlaya biləcəyini deyib. Mənim fikrimcə, Üçüncü dünya müharibəsi artıq çoxdan gedir. Xristianlarla müsəlmanlar arasında 10 ildən artıqdır gedən müharibədə milyonlarla müsəlman qətlə yetirilib, qaçqın düşüb, dövlətlər dağılıb, sərvətlər talan edilib. Dəhşət ondadır ki, bu müharibədə Səudiyyə Ərəbistanı, Türkiyə kimi müsəlman ölkələri də ABŞ və Avropa dövlətlərinə kömək edir və bu gün də işğalçılarla müttəfiqdirlər.
Mən “Dünyanın 100 siyasətçisi” kitabını oxudum. Bu kitabda dünyanın siyasi xəritəsində dəyişiklik edən, dünya siyasətinə təsir göstərən 100 siyasətçi haqqında yazılıb. Kitabda yalnız bir nəfər müsəlman siyasətçinin – Məhəmməd peyğəmbərin adı var.
Məhəmməd peyğəmbər dünyaya yeni din gətirdi, bu din altında böyük xilafət yaratdı. Milyonlarla müsəlman tərəqqi etməyə başladı. Məhəmməd peyğəmbərdən sonra xəlifə onun yeganə övladı Fatimeyi-Zəhranın həyat yoldaşı, peyğəmbərin əmisi oğlu və silahdaşı Əli olmalı idi. Lakin peyğəmbərin cavan həyat yoldaşı Ayşə hiylə ilə öz atası Əbu Bəkri xəlifə etdi və elə o vaxtdan müsəlmanlar sünni və şiələrə bölünüb, bir-birini qırmağa başladılar. Beləliklə, Ərəb xilafəti dağıldı, müsəlmanlar tənəzzül etməyə başladılar.
Şiələr arasında belə bir söz var – Əli xofu. Əli Allahdan, haqsızlıq etməkdən qorxurdu. Yeri gəlmişkən, mən də bir Əli şiəsi kimi mənə pislik edənlərə də pislik edə bilmirəm. Allahdan qorxuram, inanıram ki, etdiyim pislik özümə qayıdacaq.
Bu gün şiə müsəlmanlar - başda İran dövləti olmaqla işğalçı Qərb dövlətlərinə qarşı döyüşür. Bu müharibədə müsəlmanlara yalnız bütün dövrlərdə şərə qarşı vuruşan Rusiya kömək edir. Sünni dövlətlər işğalçılara kömək edirlər. Hazırda müsəlmanların Məhəmməd peyğəmbər kimi liderə ehtiyacı var. Əslində müsəlmanların kasıb, yetim Məhəmmədi peyğəmbər edən Xədicəyə ehtiyac var. Xədicə xilafət yaratmaqda ərinə dayaq durdu, onun vəfatından sonra peyğəmbərə ərə gedən Ayşə müsəlmanlar arasında elə bir hiylə toxumu səpdi ki, hələ də bunun sədası gəlir.
Qərb dövlətlərinin maliyyəsi və sifarişi ilə fəaliyyət göstərən QHT-lər deyirlər ki, guya Azərbaycanda qadınlara qarşı zorakılıq edilir. Sadə bi fakt göstərir ki, bizim ölkədə kişiləri qadınlar idarə edirlər. Hər yüz ailədən doxsanında evin kişisi öz bacı-qardaşı ilə küsülüdür, arvad isə qohumları ilə danışır. Çox sadə misaldır, amma arvadların daha hiyləgər olmasını sübut edən faktdır.
Oxucuların yeni ilini təbrik edirəm! Düzünü deyim ki, mən 31 dekabrı heç vaxt bayram hesab etməmişəm. Bizim evdə ən böyük bayram martın 22-də olur. Nənəm deyirdi ki, martın 22-də cənab Əli xəlifə taxtına çıxıb. Həmin gün Əli aşiqi olan nənəm xınalanar, xonça tutub qohumlarını təbrik etməyə gedərdi. Əli əqidəli bir şəxsiyyətin hakimiyyətə gəlməsini bayram etməyə dəyər.
Hamınıza Əli xofu arzulayıram!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər