23:58 / 28-10-2025
İsrail Qəzzanı yenidən bombalayıb
23:13 / 28-10-2025
Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırılıb
21:34 / 28-10-2025
“Kontakt Home” milyonlarla manat borca düşüb
20:08 / 28-10-2025
İnsan beyninin prinsipləri ilə işləyən superkompüter hazırlanıb
19:52 / 28-10-2025
İlham Əliyev iki kəndin sakinləri ilə görüşüb - Fotolar
19:06 / 28-10-2025
İlham Əliyev Horovlu kəndində sakinlərlə görüşüb - (Yenilənib) - Fotolar
18:09 / 28-10-2025
İlham Əliyev Ərdoğana məktub göndərib
17:59 / 28-10-2025
Bakıda taxtalar yığılan ərazi yanır
17:48 / 28-10-2025
Ruben Vardanyana yeni vəkil təyin olunub
17:36 / 28-10-2025
İlon Mask "Vikipediya"ya rəqib ensiklopediya yaradıb - Foto
17:30 / 28-10-2025
Cəbrayıl şəhər məscidinin təməli qoyulub
17:25 / 28-10-2025
Ayda şüşə şəhərlər tikəcəklər - Fotolar
17:11 / 28-10-2025
Daha bir ölkə Çindən üz döndərib
17:09 / 28-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
16:57 / 28-10-2025
Prezident iki stansiyanın təməlini qoyub - Fotolar
16:29 / 28-10-2025
Deputatlar 11 məsələni müzakirəyə çıxaracaq - Siyahı
16:19 / 28-10-2025
Ruslar iki yaşayış məntəqəsində məğlub olub
16:08 / 28-10-2025
Hindistan şirkətləri Rusiya neftindən imtina edir
15:54 / 28-10-2025
Neftin qiymətində enmələr başlayıb
15:48 / 28-10-2025
Prezident avtomobil yolunun açılışında iştirak edib
15:42 / 28-10-2025
Cəbrayılda ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub - Fotolar
15:29 / 28-10-2025
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
15:12 / 28-10-2025
Növbəti köç karvanı Xocalıya çatıb - (Yenilənib) - Fotolar
14:38 / 28-10-2025
İlham Əliyev Cəbrayılda - Horovlu kəndinin açılışı olub - Fotolar
14:30 / 28-10-2025
"Şagird-məzun" elektron sistemi üçün "Təqvim planı" təsdiqlənib
14:24 / 28-10-2025
2200 rus hərbçisini əsir götürüblər
14:18 / 28-10-2025
Bir neçə ölkə risk altına düşüb
14:07 / 28-10-2025
Azərbaycanla Belarus arasında Birgə Protokol imzalanıb
13:46 / 28-10-2025
Ən böyük dairəvi əl xalçasını toxuyurlar - Fotolar
13:42 / 28-10-2025
Fəzail Ağamalı nikahdankənar oğlu olduğunu təsdiqləyib
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Oliqarxlara qarşı qiyam
Tarix: 26-06-2019 16:31 | Bölmə: Xəqani CƏFƏRLİ

Son günlər Gürcüstanda baş verən hadisələr ötən ilin əvvəllərindən Ermənistan, Moldova, Ukrayna, Slovakiya, Rumıniya və Çexiyada baş verən proseslərin ümumi cəhətinin olduğunu bir daha təsdiqlədi. İndi əminliklə demək olar ki, keçmiş sosialist düşərgəsində “milli oliqarx”lara qarşı qiyam başlayıb.
Bu ölkələrdə baş verən hadisələr həm də miqyasına görə, 30 il əvvəl sovet totalitarizminə qarşı başlanan hərəkatla müqayisə oluna bilər.
İyunun 23-də Praqada oliqarx baş nazir Andre Babişin istefası tələbi ilə keçirilən aksiya Çexiyada 1989-cu ildə baş vermiş “Məxməri inqilab”dan sonra keçirilən ən böyük etiraz aksiyası hesab olunur. “Demokratiya üçün milyon an” vətəndaş hərəkatının təşəbbüsü ilə keçirilən aksiyada 250 min nəfərin iştirak etdiyi bildirilir.
Qeyd edək ki, Çexiyada baş nazir və milyarder Andrey Babiş əleyhinə etirazlar ötən ildən başlayıb. Oliqarx baş nazirin Avropa Birliyinin Çexiyada kiçik biznesi dəstəkləmək üçün ayırdığı qrantların bir hissəsini mənimsəməsi iddiaları meydana çıxdıqdan sonra etirazlara start verilib və artıq güclü xalq hərəkatına çevrilib. Çexiya vətəndaşları oliqarx baş nazirin istefasına nail olana kimi aksiyaları davam etdirmək niyyətindədirlər və növbəti ümummilli aksiya noyabrın 16-na təyin olunub.
Çexlər oliqarx baş nazirlə yanaşı “Rusiyanın agenti” adlandırdıqları prezident Miloş Zemanın da istefasını tələb edirlər.
Gürcüstan paytaxtında son günlər ard-arda keçirilən etiraz aksiyalarının da hədəfi baş nazir Mamuka Baxtadzenin və ya Salome Zurabişvilinin əleyhinə deyil, hakim partiyanın sədri, oliqarx Bidzina İvanişviliyə qarşı yönəlib. Buna görə Gürcüstanda etirazçılar prezident və ya baş nazirin istefasını deyil, erkən parlament seçkilərinin keçirilməsini tələb edirlər. Müşahidəçilər başlanan etirazları oliqarx Bidzina İvanişviliyə qarşı qiyam kimi qiymətləndirirlər.
Gürcüstanın sabiq prezidenti Saakaşvili də Gürcüstanda baş verən hadisələri ötən il Ermənistanda baş vermiş olayların, Ukraynada prezident seçkisi ətrafında yaranmış mühitin və ən nəhayət, bir neçə gün əvvəl Moldovada təkararlanan prosesin davamı hesab edir. Sabiq prezidentin fikrincə, insanlar artıq oliqarxların köləsi olmaq istəmir.
Gürcüstandakı hadisələrin ilhamvericisi hesab olunan Moldovada oliqarx Vlad Plaxotnyuka qarşı etirazlar ötən aydan başlamışdı. Etirazların genişlənməsi və müxalifət partiyalarının vahid mövqedən çıxış etməsi nəticəsində oliqarx Vlad Plaxotnyuk ölkəni tərk etdi və hakim partiyanın sədrliyindən istefa verdi. Vlad Plaxotnyuk da Bidzina İvanişvili kimi rəsmi şəkildə dövlət və hökumət vəzifəsi tutmasa da, hakim partiyaya rəhbərliyi əlində saxlmaqla hakimiyyətə tam nəzarət edirdi. Oliqarx Vlad Plaxotnyuka qarşı elə böyük narazılıq var idi ki, Qərbyönümlü müxalifət Rusiyayanlısı sosialistlərlə ortaq mövqeyə gələ bildi və bundan sonra Moldovada oliqarxın hakimiyyətinə son qoyuldu.
Moldovadan əvvəl Ukraynada “Xalqın xidmətçisi” televiziya serialında baş rolun ifaçısı Vladimir Zelenski oliqarx dövlət başçısı Petr Poroşenkoya prezident seçkisində çox böyük fərqlə qalib gəldi. Zelenskinin seçikinin ikinci turunda seçicilərin 73 faizindən çoxunun dəstəyini qazanması Ukraynanın oliqarxlara qarşı çıxışının nəticəsi kimi qəbul olunur.
Postsovet respublikalarında və bəzi Şərqi Avropa ölkələrində oliqarx liderlərə qarşı başlanan hərəkat ABŞ-da böyük məmnuniyyət doğurub və dəstək qazanıb. ABŞ-ın nüfuzlu media orqanlarında postsovet məkanında oliqarxlara qarşı mübarizəni dəstəkləyən məqalələr dərc olunur.
Proseslərin təhlili göstərir ki, Vaşinqton postsovet məkanında oliqarxlara qarşı başlanan mübarizəyə mənəvi dəstək verməklə kifayətlənmək niyyətində deyil. ABŞ-ın böyük təsirə malik beyin mərkəzlərində və nüfuzlu media quruluşlarında Qərbin postsovet respublikalarına oliqarxlara qarşı başlanan mübarizəyə dəstək verməsi ilə təkliflər ard-arda səslənir. ABŞ-la yanaşı Böyük Britaniya, Fransa və Almaniyada postsovet respublikalarında oliqarxlara qarşı mübarizəyə siyasi və mənəvi dəstək verirlər. ABŞ-ın nüfuzlu beyin mərkəzlərində hesab edirlər ki, Qərbin gülü dəstəyi olarsa postsovet respublikaları oliqarxlarla mübarizədə Slovakiya və Rumıniya kimi qısa zamanda uğur qazana bilərlər.
Slovakiyada islahat tərəfdarı, vəkil Zuzana Çaputovanın prezident seçkilərində qələbəsi, Rumıniyada Liviu Draqniyanın həbs edilməsi oliqarxla mübarizənin uğurlu nəticələri hesab olunur.
Qərb postsovet ölkələrində oliqarxlara qarşı başlayan mübarizəyə verdiyi mənəvi dəstəyi real addımlarla tamamlamağa başlayıb. Yaxın günlərdə ukraynalı oliqarx Dmitri Firtaşın ABŞ ədliyyəsinə təhvil verilməsi nəhayət ki, reallaşa bilər. Hələ 2014-cü ildən Avsriyada istintaq altında olan və haqqında məhkəmənin ölkəni tərk etməmək qərarı verilən Firtaşın ABŞ ədliyyəsinə təvil verilməsinə Avstriya Ali Məhkəməsi razılıq verib. Firtaşin ABŞ ədliyyəsinə təslim edilməsi həm Ukrayna, həm də bütövlükdə postsovet ölkələrinin oliqarxlarına böyük zərbə ola bilər. Şərhçilər isə Firtaşın taleyini postsovet ölkələrinin digər oliqarxlarının da yaşaya biləcəyinə diqqət çəkirlər.
Qərbin beyin mərkəzlərində hesab edirlər ki, postsovet respublikalarından olan oliqarxlar özlərinin şəxsi mənafeyi naminə demokratiləşməyə mane olmaqla, Rusiyanın bölgədə öz təsir imkanlarını qoruyub saxlamağa və bəzən hətta artırmasına da imkan verir. Ona görə də, Qərbin bəzi beyin mərkəzlərində postsovet respublikalarından olan oliqarxları Rusiyanın avtoritar prezidenti Vladimir Putinin oliqarxları hesab edirlər.
ABŞ-ın təhlükəsizlik və hərbi məsələlər üzrə ixtisaslaşmış beyin mərkəzləri isə Ağ Evə çağırış edərək postsovet məkanında demokratik seçkilər və qanunun aliliyi məsələsində daha prinsipial, oliqarxlara qarşı mübarizədə güzəştsiz mövqe tutmağa çağırırlar. Qərbin oliqarxlarla mübarizədə postsovet ölkələrinin xalqlarına verdiyi dəstəyin artması isə bu prosesin postsovet məkanının digər ölklərinə də sıçrayacağını ehtimal etməyə əsas verir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki