00:02 / 19-05-2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
20:05 / 18-05-2024
Müdafiə Nazirliyinin idarə rəisi vəzifədən azad edilib
18:05 / 18-05-2024
Prezident və birinci xanım Zəngilanda: hotelin açılışı olub, qəsəbənin təməli qoyulub - (Yenilənir) - Fotolar
17:16 / 18-05-2024
Yaralı halda basdırılan şəxs qəbrdən sağ çıxarılıb
16:54 / 18-05-2024
26 ildir itkin düşən şəxs qonşu evin zirzəmisindən tapılıb
16:44 / 18-05-2024
Prezident dörd kəndin təməlini qoyub - (Yenilənir)
16:41 / 18-05-2024
Müsavat Məclisinə sədr seçilib, başqana müavinlər təyin olunub
15:57 / 18-05-2024
Ruslar Volçansk şəhərini viran qoyub
15:50 / 18-05-2024
Ermənistan sərhədçiləri Kirants kəndinə gətirilib
15:45 / 18-05-2024
Zelenski: “Qərb Rusiyanın müharibəni uduzacağından qorxur”
15:16 / 18-05-2024
Sabahın hava proqnozu açıqlanıb
14:51 / 18-05-2024
Ruslar dəniz donanmasının müdafiəsini gücləndirir - Fotolar
14:21 / 18-05-2024
İşxan Gevorkyan və 4 tərəfdarı azadlığa buraxılıb
14:15 / 18-05-2024
İsrailin müharibə kabinetində qarşıdurma yaranıb
13:52 / 18-05-2024
Ruslar Rabotino kəndini geri alıb - Foto
12:35 / 18-05-2024
Çin kosmosa turist daşıyacaq - Foto
12:06 / 18-05-2024
General-mayor yeni vəzifəyə təyin olunub - Foto
10:46 / 18-05-2024
Məleykə Abbaszadə: “İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”
10:37 / 18-05-2024
Sabah Azərbaycan və İran prezidentləri sərhəddə görüşəcək
10:08 / 18-05-2024
Bakıda nənə və arvadını bıçaqlayan şəxs tutulub
09:50 / 18-05-2024
Yaşlı qadını döyərək pulunu alan şəxs saxlanılıb
08:42 / 18-05-2024
Azərbaycan və Belarus prezidentləri Cıdır düzündə olublar - Fotolar
08:00 / 18-05-2024
Misirdə sirli yeraltı tikili aşkar edilib - Fotolar
00:12 / 18-05-2024
Qəzzada öldürülən 3 girovun meyiti tapılıb
22:27 / 17-05-2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə görüşüb
19:46 / 17-05-2024
Lukaşenkonun Azərbaycana səfəri başa çatıb
19:41 / 17-05-2024
Paşinyanın istefası müzakirə predmeti deyil - Deputat
19:20 / 17-05-2024
Poeziya müsabiqəsinin finalçıları müəyyənləşib - Siyahı
19:11 / 17-05-2024
Sui-qəsdə məruz qalan baş naziri ikinci dəfə əməliyyat ediblər
19:04 / 17-05-2024
Rusiya KİV-lərinin Avropada yayımına qadağa qoyulub
15:03 / 16-05-2024
Bir kişi istəsə... Və ya “Parkda” nə baş verir? - Fotolar
08:50 / 14-05-2024
ABŞ dövlət katibi Kiyevə gəlib - (Yenilənib) - Foto
14:31 / 14-05-2024
Şuşa şəhərinə növbəti köç karvanı gedib - Yenilənib
14:23 / 14-05-2024
Aprelin “Ulduz”u çap olunub - Foto
17:49 / 14-05-2024
Müğənni: “Oğluma deyirəm, qənaət etmə, 5 manatın varsa, xərclə”
13:46 / 14-05-2024
Alim məşhur portretlə bağlı sirri açıb - Foto
08:49 / 14-05-2024
Məşhur pop-müğənni dünya turuna başlayır
16:43 / 14-05-2024
Ali məktəblərdən biri yenidən təşkil edilir, adı dəyişdirilir - Qərar
20:18 / 16-05-2024
Əliyevlə Lukaşenko birgə bəyanat verib, yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
23:46 / 15-05-2024
Ermənistanla sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
07:29 / 15-05-2024
Tanınmış pop-qrupun konserti təxirə salınıb
14:52 / 14-05-2024
Bir qalanın sirri - Kənan Hacı yazır
Alimlər insanların əbədi yaşamaq istəyini reallaşdırmağa çalışır - Araşdırmalar
Tarix: 22-01-2018 18:26 | Bölmə: Cəmiyyət / Araşdırma
Əbədi həyat haqda fərziyyələr fantasik görünsə də, dünyanın ən varlı iş adamları bu sahəyə yatırım etməkdən usanmırlar.
Bir həftə öncə “Y Combinator” adlı Kaliforniya biznes inkubatorunun prezidenti Sem Altman rəsmi bəyanatla çıxış edərək, qocalığı ləngidib, insan ömrünü uzatmaq yolunda həyata keçiriləcək bütün layihələrə 1 milyon dollaradək investisiya yatıra biləcəyini vurğuladı. “Biz insanların daha uzunömürlü olub, sağlam yaşamalarına yardımçı olmaq istəyirik” - deyə Altman planet sakinlərinə müraciət etdi.
Ötən il “Tesla və Space X” şirkətinin rəhbəri İlon Mask da səs-səda doğuran çıxışı ilə diqqətləri üzərinə çəkmişdi. Tanınmış iş adamı düşünür ki, gələcəkdə insanlar kompüterlərlə əlaqələndirilməlidirlər. Maska görə, bu nəinki cəmiyyətlərin inkişafı, həmçinin bütövlükdə insanlığın taleyi baxımından vacibdir. Çünki etiraf etməliyik ki, kompütersiz yararsız və maraqsızıq.
Altanla Maskın bəyanatları günbəgün aktuallaşan trendin bir hissəsi kimi dəyərləndirilir. Uzun, sağlam ömür, eləcə də insanın avtomatlaşdırılması transhumanizmin qayəsidir. Bu nəzəriyyədə fantastik kitablardakı ağılasığmaz mövzular sanki gerçəkləşmək üçün sıraya düzülürlər.
İdeyanın qayəsi
Dövrümüzün transhumanizmlə məşğul olan ən məşhur təşkilatı “Humanity+” adlanır. Bu qurum müasir insanın postinsana çevrilmə fazalarını müəyyənləşdirir. Aradakı nəhəng fərq, eləcə də postinsanın bacarıq, qabiliyyətləri o qədər mükəmməldir ki, bu haqda danışmağa insanın dili də dönmür. Sadə tərif versək, transhumanizm insanın texnologiyanın köməyi ilə dəyişməsini öncədən görən hərəkatdır. Onun əsas ideyası isə insanın fiziki, intellektual və psixoloji bacarıqları qüsursuz olanadək sürətlə inkişaf etdirməkdir. Mövcud və yaradılacaq texnologiyaların sayəsində biz daha ağıllı, sağlam, uzunömürlü və hətta ölümsüz olacağıq.
Əbədi həyat
Ölümə qalib gəlib, xəstəlikləri dəf edərkən şəxsiyyətin virtual reallığa keçidi təmin edilir. Transhumanizm termini əvvəllər istifadə olunsa da, bu anlayışı məşhurlaşdıran YUNESKO-nun ilk direktoru, inqilabçı-bioloq Culian Haksli olub. Hələ ötən əsrin 60-ci illərində alim bu anlayışı öz mühazirə və əsərlərində gələcəyin özəyi kimi təqdim edirdi. Transhumanizm hərəkatı 1980-ci illərdən etibarən əhatə dairəsini genişləndirdi. O mövcud fiziki sərhədləri aşaraq, insan bədəninin modifikasiyasıyasını da ehtiva etməyə başladı.
İlon Maskın ixtirası
Maskın fikrini anlayıb, dəyərləndirmək üçün Tima Urbanın bloqundakı qeydlərini oxumaq lazımdır. Lakin bu məqalə o qədər mürəkkəb və elmi dillə yazılıb ki, onu anlamaq asan olmaya bilər. Odur ki, gəlin, qısa xülasə ilə kifayətlənək. İş orasındadır ki, Mask yaxın gələcəkdə süni intellektin inkişaf edib, insan dərrakəsini geridə qoyacağını və müəyyən bir kütlənin insanın tabeliyindən çıxıb, İKT-nin köləsinə çevriləcəyini düşünür. Kompüterin insanı sıradan çıxarmamasının yeganə çıxış yolu odur ki, süni şüurla isti münasibətdə olub, onu düşməni deyil, dostu olduğumuza inandırmaqdır. "Tesla və SpaceX" təşkilatının rəhbəri hesab edir ki, gələcəyimizi caynağına alacaq süni intellekt dünyasında sağ qalmağın yeganə yolu bioloji şüuru kompüterlə birləşdirməkdir. İnsanlar bu məqsədə mükəmməldirilmiş neyrokompüter interfeysi sayəsində nail ola bilərlər. Yəni, kompüterin klaviaturasına, monitoruna toxunmadan, onunla təmas etmədən ünsiyyət qurub, informasiya mübadiləsi aparmaq gərəkdir. Bu interfeysin yaradılması ilə Maskın yeni “Neuralink” şirkəti məşğul olacaq.
Maskın sözlərinə görə, təkmilləşdirilimiş neyrokompüter interfeysinin ilk və əsas istifadəçiləri fiziki məhdudiyyətli, eşitmə, görmə, danışıq qabiliyyətini itirmiş insanlar olacaq. Beyinə qoyulmuş implant vasitəsilə bu şəxslər məhrum olduqları fiziki imkanlarından yararlana biləcəklər. Daha sonra neyrokompüter interfeysini yeni texnologiya pərəstişkarları mənimsəyəcəklər. Bura ağıllı ev layihəsinin yaradıcıları aiddir. Məsələn, bu texnologiya televizoru pultla deyil, düşüncə seli ilə yandırıb, söndürməyə, kanaldan kanala çevirməyə imkan yaradacaq.
Bir qədər də uzaq gələcəyə baxmaq cəsarəti toplasaq, daha da tükürpədən faktlar görə bilərik. Məsələn, bu interfeys insanların bir-biri ilə sözsüz ünsiyyət qurmasına təkan verəcək. İnsanların fikrindəki kompüter vasitəsilə avtomatik şəkildə yazılıb, qarşı tərəfin elektron ünvanına göndəriləcək. İstənilən sahənin mütəxəssisləri dünyanın hansı nöqtəsində yaşamaqlarından asılı olmayaraq, layihələr üzərinə birgə çalışmağa, fikirlərini bir-birinə asanca ötürməyə nail olacaqlar. Nəhayət, insan intellekti o qədər yüksək həddə çatıb, kompüterlə qohumlaşacaq ki, fikrimizin harada bitib, virtual dünyanın harada başladığını hiss etməyəcəyik. Bir sözlə, kompüterlə bütövləşib, süni intellektlə tam olacağıq. Məsələn, artıq şüurlu sürətdə internetdə məlumat axtarmayacağıq. Baxıb, dinləmək istədiyimiz materiallar özü beynimizə yüklənəcək. Tək insanın dərrakəsi bütövlükdə insanlığın şüurundan fərqlənməyəcək. Bu heyrət dolu, eyni zamanda, dəhşətli faktdır. İnsanlar öz düşüncələrinin axışına birbaşa təsir etmək gücünə sahib olacaqlar.
Bəs yad kompüterlərin kodunu sındırıb, istədiyimiz əməliyyatı həyata keçirə bildiyimiz kimi, digər insanların da düşüncəsinə təsir edə biləcəyikmi? Bəs onda fikirlərimizin özümüzə, yaxud başqasına aid olduğuna necə qərar verəcəyik?
Hələ ki, neyrokompüter interfeysi sadə əməliyyatları həyata keçirə bilir. Buraya fiziki məhdudiyyətli şəxslərin pratez bədən üzvlərini çalışdırması aid edilə bilər. Maskın nəzərdə tutduğu mürəkkəb əməliyyatlar isə mütəxəssislər texnologiya sahəsində səylə çalışarsa, yalnız 8-10 ildən sonra mümkün olacaq. Hələ ki, "Neuralink" şirkəti öz nailiyyətlərini ictimaiyyətdən gizli saxlayır. Odur ki, yeniliklər haqda danışmaq çox tezdir. Lakin şirkətin startapına 27 milyon dollardan çox sərmayə xərcləndiyi dəqiq məlumatdır.
Transhumanizm mövzusuna həsr olunan məqalələr və konfranslar hələ ki bir səmtdə çalışır - insan orqanizmini kifayət qədər möhkəmləndirib, daha zəki, sağlam və dözümlü etmək. Bunun üçün müxtəlif cihazlar hazırlanacaq. Məsələn, balaca bir devays bizim üçün fitness trekerləri əvəz edəcək. Bu ağıllı cihaz idman edib, yatmaq üçün düzgün zamanımızı müəyyən edib, bizə xəbər verəcək. Foto və video çəkmək bacarığı olan linzalar hazırlanacaq. Qarşımızdakının nitqini avtomatik tərcümə edən qulaqcıqlar yaradılacaq. Gücü artırıb, insana gümrahlıq bəxş edən idman kostyumları tikiləcək. Bundan əlavə, beyin implantı, mikroçiplər ixtira olunacaq. Yeni robotlar diaqnoz növləri aşkarlanan xəstəliyi yerindəcə effektiv surətdə sağaldacaq. Orqanizmin fəaliyyətini tənzimləyən ən faydalı üsullarsa daha da təkmilləşdirilib, genetik xəstəliklərə səbəb olan embrionlar məhv ediləcək.
Düşüncələrin daha tez ötürülməsi, ünsiyyətin sürətləndirilməsi layihəsi artıq DARPA, Feysbuk və Maskın "Neuralink" şirkəti tərəfindən gerçəkləşdirilir. Bu üçlük tərəfindən hazırlanan texnologiya kommunikasiya sistemi vaxtilə telefon və kompüterin etdiyi inqilabı təkrarlayacaq. Əgər bu gün sosial şəbəkələrdə getdiyimiz, gəzdiyimiz maraqlı məkanların sadəcə fotoşəkillərini və videolarını paylaşa biliriksə, yaxın gələcəkdə, keçirdiyimiz hissləri, təəssüratları bütün təfərrüatı ilə bölüşə biləcəyik. Məhsuldarlığımızın səviyyəsi də qat-qat artacaq. Bunun ən sadə misalını “Uber” taksi sifarişi şirkəti edir. Məsələn, sürücü müştərini mənzil başına çatdırmamış şirkət növbəti sifarişçinin ümvanını göndərir. Bu yolla onu daha çox işləyib, pul qazanmağa ilhamlandırır. Gələcəkdə bu biznes nəzəriyyəsi bütün sahələrdə geniş şəkildə istifadə olunacaq. Daha faydalı və ünsiyyətcil insanlar yetişdiriləcək. Həmçinin, yaddaşı gücləndirib, enerji verən həblər satışa çıxarılacaq ki, onu qəbul etmək hər kəs üçün zərurətə çevriləcək.
Mütəxəssislər düşünür ki, transhumanizmin trendləri artıq 2030-cu ildə gerçəkləşə bilər. Onların təsvir etdikləri mükəmməl dünya insanı yaşamağa ilhamlandırır. Ən azı fiziki məhdudiyyətli insanların bizdən fərqi qalmayacaq. İnsanların genləri dəyişdirilib, daha qüsursuz vəziyyətə çatdırılacaq.
Bu faktları oxuyanda bir sual yaranır: Bəs geləcəyin insanını necə tərif edək?
Gələcəyin möcüzə insanları
Humanity+ qurumunun rəssamı Nataşa Vita Mor deyir:
“Transhumanizm erasında dərimizin üst qatı şəbəkəyəbənzər, eyni zamanda indikindən daha zərif nanotərkibdən ibarət olacaq. Lakin dəyişkən də ola bilər. Məsələn, mən istəyirəm ki, dərimin üst qatı əsmər olsun. İstədiyim vaxt onu çıxarıb, müxtəlif rəsmlərlə bəzəyə bilim. Saçlarım istəyimə görə tez-tez formasını və uzunluğunu hətta düzümünü dəyişəcək. Gözlərim mikroskop və teleskop funksiyasını reallaşdıracaq. Radiodalğaları, şüa ötürülməsini görə biləcəm. Lakin istədiyim zaman yenidən adi qaydada görməyə davam edəcəm. Həmçinin hər qar dənəsinin yerə düşəndə xəfif xışıltısını, yarpaqların səsini eşidib, alatoranın, sübhün ətirlərini duymaq istəyirəm. Düşünürəm ki, yalnız bu halda dünyanı yaxından hiss edib, onu qorumağa çalışacağıq və məhz o zaman özümüzə İNSAN deyə biləcəyik”.
Süni intellekt tədqiqatçısı Ben Hertsel isə özünü gələcək dünyada belə görür:
“Özümü daha təmkinli, səbrli, fikirlərini idarə edən və xəstəliklərdən uzaq biri kimi görürəm. Suyun altnda nəfəs alıb, kosmosda ağılasığmaz hərəkətləri yerinə yetirmək istəyirəm. Həftə boyu intellektimi ikiqat artırıb, elə həddə çatacam ki, mən artıq mən deyil, başqa insan olacam. Ölməyi heç istəmirəm, axı o gözəl dünyanı kim dadmaq istəməz? Milyard illərdən sonra hər şeydən bezsəm, qocalmağa qərar verəcəm”.
44 yaşlı iş adamı, ABŞ prezidentliyinə keşmiş namizəd Zoltan İştvan gözləntilərini belə dilə gətirir:
“Bu təcrübəni gerçəkləşdirən ilk insanlardan olmaq istəyirəm. Beyninə implant yeridilənlər sırasında niyə də mənim adım olmasın?! Gələcək 10 il ərzində əlimi kəsməyi düşünürəm, axı yeni dünyamızda mənə qoyulacaq əl daha çox funksiya yerinə yetirəcək, barmaq uclarımla qəhvə dolu fıncanımı isidib, soyuda biləcəm. 30-40 ilə biz ya fiziki şəkildə, ya da yarımavtomatlaşdırılmış formada mövcud olacağıq. Bəlkə də tamamən virtual aləmdə yaşayacağıq. Sözün açığı, mən maşınlaşdırılmaq və gerçək dünyadan, vücudumdan uzaqlaşmaq istərdim”.
53 yaşlı futuroloq Maks Mor:
“Mənim kəllə sümüyümdə titandan da bərk nanostruktur olacaq. Odur ki, istənilən yüksəklikdən yıxılsam belə zədə almayacağam. Sözün düzü, skeletimi də dəyişdirib, daha güclü olmaq istəyirəm. Şəraitə, iqlimə bədənimi proqramlaşdırmağı düşünürəm. Məsələn, Marsda ikən oksigenə ehtiyac duymayan orqanizmin olsa, gözəl deyilmi? Hətta gələcəkdə vahid insan modeli olmayacağına görə bəlkə başqa bədən forması seçdim”.
Süni intellekt üzrə mütəxəssis Piter Vossun 63 yaşı var. O da yeni dünya üçün tədarükünü hazırlayıb:
“Arzu etdiyim qədər yaşamaq istəyirəm. Hətta ölsəm, bədənimin dondurulması üçün müqavilə imzalamışam. Həmin vaxta qədər mənə yenidən can verib, geri qaytara biləcəklərmi, ona dəqiq sığortam yoxdur. Amma mümkün olsa, həyatımdan həzz alacam. Mən sadəcə beynimin neyronlaşdırılmasını istəyirəm. Bəli, başımı birləşdirmək üçün bədənimdən götürdükləri hüceyrələrdən yeni vücud da yetişdirə bilərlər. Lakin mən robot bədənə birləşməyə də etiraz etməzdim. Motosikldə gəzməyi sevirəm. Məhz o zaman istədiyim sürətlə motosikl sürüb, ölmək ehtimalımı sıfıra endirəcəm. Bütün yeni ixtiraların üzərimdə keçirilməsinin tərəfdarıyam”.
Bəs əslində nə qədər yaşayacağıq?
Bəşər tarixi boyu orta hesabla insan 50 il yaşayıb. Son yüzilliklərdə isə bu göstərici nəzərəçarpacaq dərəcədə dəyişib. Əgər XX əsrin əvvəllərində Avropada orta insan ömrü 45, ABŞ-da 49 il idisə, hazırda bu göstərici 71-80 ilədək yüksəlib. Transhumanistlərsə bu göstəricini maksimuma çatdırıb, ideal halda isə əbədiləşdirmək istəyirlər. Öz proqnozlarında insanın milyon illərlə yaşayacağını vurğulayırlar. Onlar iddia edirlər ki, yaxın gələcəkdə ölüm haqda təsəvvürlərimiz kökündən dəyişəcək.
İnsan ölümsüz olsa, nələr baş verə bilər?
Transhumanizmin nəzəriyyəsini çoxları tənqid edir. Tək ona görə yox ki, beyini robot bədənə bitişdirib, yaşamaq fikri fantastikdir. Bunun əsas səbəbi odur ki, layihənin sərmayədarları varlı iş adamlarıdır.
Tənqidçilərin fikrincə, bu nəzəriyyə yalnız həmin insanların əhatəsi, bir sözlə, seçilmişlərin işinə yarayacaq. Bütün planet sakinlərinin sağlamlığını təmin etmək üçün heç günü bu gün də gərəkli imkanlar və maddiyat istifadə olunmur. Sadə dildə desək, kimin pulu varsa, əbədi həyat qazanacaq. Orta və aşağı təbəqənin həyatında isə heç nə dəişməyəcək, xəstə xəstə, kasıb da kasıb qalacaq.
Filosof, politoloq Frensis Fukuyama “Tarixin sonu” adlı qalmaqallı kitabın müəllifidir. Əsərində transhumanizm mövzusunu açmağa cəhd edən yazar, bu layihəni insanlıq üçün ən təhlükəli ideya kimi qələmə verir. Fukuyama bildirir ki, tarix boyu bir qrup insan özlərini digələrindən üstün hesab edib. İndi təsəvvür edin ki, daha güclü və uzun ömürlü olub, şüurumuza müdaxilə etməyi bacaran kəslər, taeyimizlə istədiklərini etmək iqtidarında olacaqlar. Politoloq düşünür ki, dırnaqarası bu bərabərlik transhumanismin qurbanına çevriləcək. 100, 200, lap 500 il yaşasaq, daha çox təbii resurs istifadə edəcəyik. Bununla da, onsuz da zədələnmiş ekologiya məhv olacaq. Digər əsas məsələ isə iş problemi olacaq. Təhsil sisteminin taleyi qeyri-müəyyən səmtə yönələcək. İnsanlar stabil təhsil almasalar, yeni ixtisaslar, kadrlar formalaşmayacaq. Beləcə, yeni iş yerləri də açılmayacaq. Təqaüd və digər sosial problemlər necə həll olunacaq?
Nəhayət bu fantastik dünyanın psixoloji zərərlərinə toxunaq. Transhumanizmin əsas məqsədi insanlara uzun ömür verməkdir. Transhumanistlər nə qədər mümkündürsə, bir o qədər də çox yaşanmaq istəyirlər. Daha artıq təəssürat keçirib, acgözlüklə daha çox zövq almaq arzusundadırlar. Ən əsası, doğmaları ilə daha çox zaman keçirməyə ümid edirlər. Bəs birdən tam əksi baş versə? Sonsuzluq və əbədiyyət bizi məqsədlərimizdən soyudub, hissiyatsızlaşdırsa?"
Nyu-York Universitenin bioetik professoru Metyu Lyao həyatı çoxdan gözlənilən yığıncağa bənzədir. Biz gecənin bitəcəyini bildiyimiz üçün maksimum dərəcədə zövq almağa səy göstəririk. Təsəvvür edin ki, bu yığıncaq əbədi davam edəcək. Sizcə, ora gedib, iştirak etməyin mənası qalardımı? Kifayət qədər zamanımız olduğunu bildiyimiz halda, yeni dillər öyrənib, müxtəlif elmlərə yiyələnmək və ya uşaq dünyaya gətirməyə bugünkü kimi həvəsli olacağıqmı? Bu sualı hər kəs özü vicdanı qarşısında cavablandırsın.(Publika.az)
Bölməyə aid digər xəbərlər

Dünən, 17:16
Yaralı halda basdırılan şəxs qəbrdən sağ çıxarılıb
Dünən, 15:16
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 09:50
Yaşlı qadını döyərək pulunu alan şəxs saxlanılıb
Dünən, 08:00
Misirdə sirli yeraltı tikili aşkar edilib - Fotolar
17-05-2024, 19:04
Rusiya KİV-lərinin Avropada yayımına qadağa qoyulub
17-05-2024, 17:56
“Tərtər işi”: generalın və digər şəxslərin cəza müddəti azaldılıb
17-05-2024, 17:39
Aparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb
17-05-2024, 14:50
SOCAR-ın sabiq vitse-prezidentini və oğlunu ittiham edən qız həbs edilib
17-05-2024, 14:26
Əfsanəvi fırıldaqçının xəzinəsi tapılıb - Foto
17-05-2024, 10:47
Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
17-05-2024, 10:32
Müsavatçını öldürən direktor müavinindən yeni xəbər var - Video
17-05-2024, 07:02
ABŞ gözəgörünməz təyyarə istehsal edəcək
16-05-2024, 19:06
Qardaşlar 12 saniyədə 25 milyon dollar oğurlayıb
16-05-2024, 18:03
Bakıda axtarışda olan qadın saxlanılıb
16-05-2024, 15:46
Vəzifədən azad olunan sabiq idarə rəisindən xəbər var - (Yenilənib)
16-05-2024, 14:54
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb
16-05-2024, 12:57
Sabah yağış yağacaq
16-05-2024, 12:10
Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb
16-05-2024, 09:53
Bakıda qəza: bir nəfər ölüb, iki nəfər yaralanıb
16-05-2024, 09:30
Yardımlıda əməliyyat: saxlanılanlar var
16-05-2024, 08:40
“Hörümçək əkizlər”... - Körpələrin bir bədəni, üç ayağı, dörd qolu var
16-05-2024, 07:39
Milyardlarla yaşı olan mikroblar tapılıb
15-05-2024, 18:37
Qadına qarşı əxlaqsız hərəkət edən şəxs tutulub - Video
15-05-2024, 17:38
General Tofiq Həsənov hökmdən apellyasiya şikayəti verib
15-05-2024, 16:55
Toyda ədəbsizlik: bəyin dostları gəlinin otağına daxil olaraq... - Foto
15-05-2024, 16:35
SOCAR-ın sabiq vitse-prezidenti ilə bağlı qalmaqal - Gəlini ölkə rəhbərliyinə şikayət eidb (Video)
15-05-2024, 13:27
Yeniyetmə qızı zorlayan 45 yaşlı mühafizəçiyə cəza verilib
15-05-2024, 12:31
Bill Qeytsin keçmiş həyat yoldaşı onunla birgə qurduğu fonddan ayrılır
15-05-2024, 11:52
Məktəbdəki 188 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb
15-05-2024, 10:58
Müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlıq başlayır
15-05-2024, 06:47
Ayda dəmir yolu inşa edəcəklər
14-05-2024, 18:50
Dünyanın ən hündür binası Ciddə Qülləsi olacaq - Foto
14-05-2024, 17:39
Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib
14-05-2024, 17:32
Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb
14-05-2024, 17:14
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
14-05-2024, 16:34
Mirdaməd Əzizovun cinayət işinin istintaqı tamamlanıb
14-05-2024, 15:22
Nazirin müşaviri təqaüdə göndərilib
14-05-2024, 10:12
Əlillik göndərişlərinin verilmə qaydası dəyişib
14-05-2024, 09:38
Nemət Pənahlının oğlu məhkəməyə cəlb olunub
13-05-2024, 22:51
Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb
13-05-2024, 18:09
Atmosferi təmizləyəcək ən böyük zavod işə başlayıb
13-05-2024, 17:47
“Nərmin işi”: İlkin Süleymanovdan xəbər var
13-05-2024, 16:49
İrandan Azərbaycana 61 kiloqram narkotik keçirən şəxslər saxlanılıb
13-05-2024, 14:26
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib
13-05-2024, 12:57
Sabah yağış yağacaq
5-08-2023, 16:30
Məzar təpikləyənlərin xələfləri - fransızlar
12-04-2023, 09:12
Dünyada cinayət nisbəti: bəzi ölkələr cəhənnəm vadisi, bəziləri yer üzünün cənnətidir
10-04-2023, 16:34
Ən təhlükəli, ən zəgin və ən ucuz şəhərlərin adı açıqlanıb - Siyahı
10-04-2023, 06:58
Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
31-03-2023, 21:54
Demokratiyanın qətli... - Araşdırma
24-03-2023, 22:33
Azərbaycanın xarici borcu nə qədərdir? - Araşdırma
16-12-2022, 10:33
Ermənilərin statistik yalanı - Qarabağda nə qədər erməni yaşayır?
23-08-2022, 11:06
Professor Azərbaycan prezidentinə müraciət edib: “Elmimizi xilas edin!”
22-03-2022, 13:10
Dünya ticarətinin 80 faizini təşkil edən gəmiçilik məhv edilib
11-03-2022, 16:09
Taxıl qıtlığı: dünya gözünü Avropa istehsalçılarına zilləyib
11-03-2022, 14:33
Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?
17-02-2022, 15:45
Kürdə su azalır: "Vəziyyət yaxın illərdə düzəlməyəcək" - Araşdırma
11-11-2021, 16:47
Pandemiyanın daha bir fəsadı - Alimlər həyəcan təbili çalır
11-11-2021, 13:51
Ermənilərin törətdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb - Araşdırma
31-10-2021, 09:46
Baş tutmayan 12-ci abortun “fəsadı”: bioloji ana məşhur qızdan üzr istəyəcək - Fotolar
24-10-2021, 15:13
Naqafil güllə xanım-operatorun həyatına son qoyub - Fotolar
27-08-2021, 15:45
Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar?
3-03-2021, 15:15
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
8-02-2021, 13:53
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
6-11-2020, 12:21
Qarabağda ermənilərin yandırdığı və ya donuz tövləsinə çevrilən məbədlər - Araşdırma
7-08-2020, 14:27
Yeni idarəetmə sistemi gəlir: dövlət şirkətləri büdcənin “pulsoran”ı rolundan çıxarılacaq
19-06-2020, 15:03
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün sorğu keçirib
12-06-2020, 14:15
Qarabağ üsyanı - 100 il: Mübarizə tariximizin şanlı səhifəsi
30-04-2020, 18:51
“8-ci kilometr bazarı”nın sahibi ilə bağlı müəmmalı hadisə: onu gecəyarısı kim və ya kimlər soyub?
2-04-2020, 13:39
Koronavirusdan sonra... - Dünyada böyük dəyişiklik gözlənilir
9-10-2019, 19:10
Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
18-09-2019, 12:29
“Leş mafiyası”nı kimlər himayə edir? - Yeni detallar
2-09-2019, 08:06
Uşaqsız ailələrdə boşanma artıb - Statistika
27-08-2019, 22:16
Agentlik sədrinin biznes ortağı haqda yeni məlumatlar yayıldı - Fotolar
26-08-2019, 14:55
Komitə və ASC sədrlərinin keçirdiyi tenderlərin qalibi olan şirkət rəhbəri haqda sənədlər yayıldı - Siyahı
23-08-2019, 17:07
Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki... - Siyahı yayıldı - Fotolar
26-06-2019, 12:20
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma
22-06-2019, 15:58
"Azəriqaz"dakı yoxlama niyə dayandırılıb? - Palatadan şübhəli qərar
10-05-2019, 13:38
İcra Hakimiyyəti heç bir səbəb göstərmədən bir ailəni evsiz qoydu
20-02-2019, 08:49
Dəmirqapı Dərbəndim: Rus işğalı, yoxsa... farsların əlindən nicat?
26-01-2019, 20:20
“Ən böyük Niyazi, ondan böyük yox” - Fazil Rəhmanzadə
19-01-2019, 20:14
Qarabağla bağlı növbəti təhlükəli plan işə düşüb - Ekspertlər
11-01-2019, 13:48
“O olmasın, bu olsun” əsəri farslar tərəfindən oğurlanıb? - Araşdırma
30-11-2018, 23:34
Təhsilə ayrılan büdcə vəsaitlərini mənimsəyirlər: İnvestisiya xərcləri artırılsa da, şəffaflıq təmin edilmir
14-10-2018, 00:06
Ali məktəblərə qəbul imtahanlarının yeni qaydaları narazılıq yaradıb
23-09-2018, 10:35
Minlərlə məzunun ali təhsil diplomu tanınmaya bilər - Xəbərdarlıq
26-05-2018, 21:11
On ikinci imza - Hacı Mirzə Səlim Axundzadə