ABŞ və Şimali Koreya liderlərinin görüş vaxtı açıqlanıb
Tarix: 18-01-2019 23:44 | Bölmə: Dünya
ABŞ və Şimali Koreya liderlərinin görüş vaxtı açıqlanıb

ABŞ və Şimali Koreya liderləri arasında növbəti görüşün vaxtı məlum olub. Donald Tramp və Kim Çen In arasında ikinci sammit fevral ayının sonlarında keçiriləcək.

Xarici KİV-lər xəbər verir ki, bu barədə Şimali Koreya səfiri ilə Vaşinqtonda aparılan danışıqlardan sonra Ağ ev məlumat yayıb.

Qeyd edək ki, KXDR liderinin müavini Kim Yon Çol Vaşinqtona cümə günü gedib və iki saat Ağ evdə görüş keçirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}