2017-ci ildə Təhsil və Səhiyyə nazirliklərinə ayrılacaq vəsait bəlli oldu - Məbləğ
Tarix: 21-11-2016 12:42 | Bölmə: İqtisadiyyat / Xəbərlər

 

2017-ci ildə Azərbaycan Nazirlər Kabinetinə 10 023 891 manat vəsait ayrılacaq.

Bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi" layihəsində bildirilir. Bu rəqəm 2016-cı ildə 8 945 453 manat olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 1 078 438 manat çoxdur.

Gələn ilin dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılacaq vəsaitə gəlincə, bu, 2 111 158 manat olacaq. Bu rəqəm 2016-cı ildə 1 876 023 olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 235 135 manat çoxdur.

Təhsil Nazirliyinə isə 9 292 955 manat ayrılıb. Bu rəqəm cari il üçün 8 210 634 manat olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 1 082 321 manat çoxdur.(report)





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}