Yeni institutunun hüquqi statusu müəyyən edilib » Reyting.az
13:04 / 20-08-2018
Ərdoğanın yanlışı
Yeni institutunun hüquqi statusu müəyyən edilib
Tarix: 18-05-2018 11:04 | Bölmə: İqtisadiyyat / Xəbər lenti
Yeni institutunun hüquqi statusu müəyyən edilib

İnstituta Qida Təhlükəsizliyi Agentliyinin razılığı ilə filial, nümayəndəlik və idarələr yaratmaq hüququ verilib


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun hüquqi statusu müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli fərmanına əsasən Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb. Nazirlər Kabinetinin qərarına əsasən təsdiqlənən Nizamnamədə qeyd olunur ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirən Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

İnstitut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcək:

- qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması;

malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilməsi;

- qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılması və elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi;

- elmi cəhətdən əsaslandırılmış və qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin) və digər normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanması;

-qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə bağlı tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi, tələb olunan sənədlərin hazırlanması və təlimlərin keçirilməsi;

- qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi;

- qida təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlan-ası məqsədi ilə təlim və tədrislərin təşkili;

- elmi-praktiki konfransların, simpoziumların, seminar-ların, yığıncaqların və görüşlərin təşkili;

- qida təhlükəsizliyi sahəsində əhalinin məlumatlandırılması məqsədi ilə maarifləndirmə işlərinin həyata keçirilməsi.

Nizamnaməyə əsasən İnstituta Qida Təhlükəsizliyi Agentliyinin razılığı ilə filial, nümayəndəlik və idarələr yaratmaq hüququ da verilib.(APA)




Bölməyə aid digər xəbərlər