Rəmiş: "Mədəniyyət işçilərindən zəhləm gedir"
Tarix: 10-10-2016 11:30 | Bölmə: Mədəniyyət / Xəbərlər


"Dövlətə canım qurban. Amma dövlətin mədəniyyət işçilərindən zəhləm gedir. Mənim kimi oğlanlara Prezident təqaüdü vermirlər".

Reyting.az xəbər verir ki, bu sözləri xalq artisti, gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) deyib.

O, bildirib ki, yaşı ilə əlaqədar toylara gedə bilmir: "Xalq artisti fəxri adına görə 100 manat alıram. İstəyirəm mənə də Prezident təqaüdü versinlər. Amma vermirlər. Kimə müraciət edim? Mənim qapı döyməkdən xoşum gəlmir. Onlar qanmır ki, mən 50 ildir səhnədə musiqi ilə "at" oynadıram. Gərək kiminsə qəbuluna gedəsən. Mən də qəbula gedən oğlanlardan deyiləm. Hamı bu dünyadan gedəndə özü ilə 3 metr ağ aparacaq, vəssalam.

72 yaşım var, toya gedəsi halda deyiləm. Yenə də gedərəm, amma abu-hava ilə düz gəlmir. İndi toyları başqa cürə ediblər, sənətkara qulaq asmırlar".

R.Hüseynov deyib ki, ona Prezident təqaüdünün nə üçün ayrılmamasının səbəbini bilmək istəyir: "Prezidentə canım qurban, mənə ev verib. İndi orda yaşayıram".

72 yaşlı gitara ifaçısı gənclərə dəstək verdiyini də vurğulayıb: "Həvəsdən düşməmişəm. "Toylar kralı" var, Seymur, ona "qardaşoğlu" deyirəm. Çox istedadlıdır, cavandır, istəyirəm gəncləri qabağa çəkəm. Onlara dəstək vermək borcumuzdur. Mən də nə vaxtsa cavan olmuşam, kimsə də mənə dəstək verib. Artıq bu, ənənə halını alıb. Belə gənclərə əl tutmamaq insafsızlıq olar".

 

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}