Diktatorun nəticəsi Avropa Parlamentinə seçilmək istəyir
Tarix: 09-04-2019 19:57 | Bölmə: Slayd
Diktatorun nəticəsi Avropa Parlamentinə seçilmək istəyir

İtaliyanın diktatoru Benito Mussolinin nəticəsi may ayının axırında Avropa Parlamentinin deputatı kürsüsü uğrunda mübarizə aparacaq.

Reyting.az xarici mediaya istinadən bildirir ki, o, “İtaliyanın qardaşları” partiyasının nümayəndəsi Qay Yuli Sezarın 50 yaşı var.

Argentinada anadan olan diktatorun nəticəsi İtaliyanın Hərbi-Hava Qüvvələrində zabit kimi xidmət edib, sonra Finmeccanica sənaye korporasiyasında uğurlu karyera qurub, gəncliyində siyasətlə xüsusilə maraqlanıb, ancaq istədiyi kimi alınmayıb.

Diktatorun nəticəsi Avropa Parlamentinə seçilmək istəyir

Namizəd Facebook sosial şəbəkəsində fəaldır və öz proqramını paylaşır. İddia edir ki, nəticə ulu babasına görə cavabdeh deyil.

- Mussolini soyadı ilə yaşamaq asan deyil. Amcaq mən həmişə pasportumda nə yazılmasına baxmayaraq, öz yolumla getməyə cəhd etmişəm, - Yuli Sezar qeyd edir. – Təkidlə xahiş edirəm ki, yalnız mənim öhdəmə düşəni tələb edin, mən bacarığımı İtaliyanın xeyrinə istifadə etmək niyyətindəyəm.

Sezar artıq diktatorun nəslindən olan və hakimiyyətə bu və ya digər yolla can atan birinci şəxs deyil. Məsələn, Mussolinin Alessandra adlı nəvələrindən biri keçmişdə milli parlamentin deputatı olub, yaxınlarda isə Avropa Parlamentinə seçilib. Onun doğma bacısı Rakel isə Roma şəhər sovetinin üzvüdür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}